88
1 Günay Talıblı Rəcəbova ДИВАНЯ Keçmiş eşqin izi ilə Bakı - 2018

ДИВАНЯbeylagan.cls.az › front › files › libraries › 421 › books › 243585492.pdf · 4 mimdə, cəsarət nümunəsi sayılırlar. Eləcə də qəhrəmanım da bu nümunəvi

  • Upload
    others

  • View
    1

  • Download
    0

Embed Size (px)

Citation preview

Page 1: ДИВАНЯbeylagan.cls.az › front › files › libraries › 421 › books › 243585492.pdf · 4 mimdə, cəsarət nümunəsi sayılırlar. Eləcə də qəhrəmanım da bu nümunəvi

1

Günay Talıblı Rəcəbova

ДИВАНЯ

Keçmiş eşqin izi ilə

Bakı - 2018

Page 2: ДИВАНЯbeylagan.cls.az › front › files › libraries › 421 › books › 243585492.pdf · 4 mimdə, cəsarət nümunəsi sayılırlar. Eləcə də qəhrəmanım da bu nümunəvi

2

Page 3: ДИВАНЯbeylagan.cls.az › front › files › libraries › 421 › books › 243585492.pdf · 4 mimdə, cəsarət nümunəsi sayılırlar. Eləcə də qəhrəmanım da bu nümunəvi

3

BIR NEÇƏ SÖZ

Dünya yaranandan bu günə kimi dəyişən insan psixologiyası üçün dəyişməyən tək bir hiss vardır – onun adı eşqdir. Münasibətlər də-yişər, situasiyalar dəyişər, yoldaşlıqlar dəyişər, qohumluqlar dəyişər – hər şey zamanla bir də-yişkənliyə məruz qalar. Lakin qəlbin səsi və daxili dünyaların keçirdiyi hisslər hər zaman eyni və stabil qalar. Çünki ürək bu əbədi duy-ğunun ömürlük məhkumudur, düşünürəm ki. Buna görə də eşq yeganə mövzudur ki, oxucu gözündə hər zaman aktuallığını qorumağı ba-carmışdır.

Mənim sizlərə təqdim etdiyim “Divanə” povesti real həyatda baş vermiş hadisələrə əsas-lanan məlumatlar fonunda ərsəyə gəlmişdir. Belə ki, bu dünyada sevib qovuşa bilməyən minlərlə insandan yalnız birinin həyat hekayə-sini qələmə almaq mənə də nəsib olmuşdur. Bu əsər süd vəzisinin xərçəngindən əziyyət çəkən qəhrəmanımın yaşadığı ağrı-acıları, iztirab və qorxuları, ən əsası isə, öz qaranlıq dünyasını ifadə edir. Mənim düşüncəmdə qəhrəmanım bir“cəsarət etalonu”dur. Çünki insanlar hamısı nə bu dövrdə, nə keçmiş dövrdə, nə gələcək za-manda – heç bir halda, səmimiyyət və cəsarətlə öz daxili dünyalarını cəmiyyətə sərgiləyə bil-mirlər. Ona görə də bunu edənlər, mənim alə-

Page 4: ДИВАНЯbeylagan.cls.az › front › files › libraries › 421 › books › 243585492.pdf · 4 mimdə, cəsarət nümunəsi sayılırlar. Eləcə də qəhrəmanım da bu nümunəvi

4

mimdə, cəsarət nümunəsi sayılırlar. Eləcə də qəhrəmanım da bu nümunəvi insanlar sırasın-dadır. Real həyatda Həsən və Mətanət adları ilə tanınan bu insanların əsərdə adları şərti olaraq dəyişdirilmişdir. Bu qadının gəncliyində yaşa-dığı sevgisini indiyə kimi qəlbində yaşatması, hətta deyərdim ki, bu eşqi böyük bir dünyaya çevirməsi təqdirəlayiq bir hal və insanlıq adına böyük bir nailiyyətdir. Çünki o, nə özünü, nə də digərlərini aldatmadan dürüst bir şəkildə yaşa-dı bu həyatı… Bəzi sevgi hekayələri heç vaxt bitmir…Ümid edirəm ki, “Divanə” oxucuların nəzərlərində dərin iz buraxan əsl eşq hekayəsi, ibrətli konspekt olacaqdır.

19.04.2018 Günay Talıblı Rəcəbova

Bakı - 2018

Page 5: ДИВАНЯbeylagan.cls.az › front › files › libraries › 421 › books › 243585492.pdf · 4 mimdə, cəsarət nümunəsi sayılırlar. Eləcə də qəhrəmanım da bu nümunəvi

5

Page 6: ДИВАНЯbeylagan.cls.az › front › files › libraries › 421 › books › 243585492.pdf · 4 mimdə, cəsarət nümunəsi sayılırlar. Eləcə də qəhrəmanım da bu nümunəvi

6

I FƏSIL

Page 7: ДИВАНЯbeylagan.cls.az › front › files › libraries › 421 › books › 243585492.pdf · 4 mimdə, cəsarət nümunəsi sayılırlar. Eləcə də qəhrəmanım da bu nümunəvi

7

Mən onu hər gün çağırırdım. Bəzən elə bi-lirdim dəliyəm. Amma vaxt keçdikcə anladım ki, dəlilik ağıllı olduğunu gizlətməkdir. Mən öz içimdən gəldiyi kimi davrana bilmədiyimə görə, yəqin ki, dəli idim. Amma buna məcbur idim….

Elə bir vaxtda göz açmışdır ki dünyaya, nə yayın sonu idi, nə payızın əvvəli. Fəsillərin müəmmalı qovşağında doğulduğundan onun həyatı da müəmmalarla dolu idi. Sanki taleyi səhv düşmüşdü. Elə bir dövrdə dünyaya gəldi ki, bu dövrdə qadın heç bir haqqa malik deyildi. Bu dövrdə qadın sevməməli idi. Bu dövrdə qa-dın gülməməli idi. Bu dövrdə qadın qeyri-səmi-mi davranışları ilə hər şeydən təcrid olunmalı idi. Çünki o, qadın idi. Əgər sevərdisə, əxlaqsız adlandırılacaqdı. Əgər gülərdisə, abırsız sayıla-caqdı. Əgər danışardısa, susdurulacaqdı. Əgər, əgər, əgər… bu qədər “əgər”lər içində qadın bir məhkum kimi yaşamalı idi. Hətta yaxın bildiyi, tanıdığı, qohum-əqrəbada olan əks cinsin nü-mayəndələrini də tanımazdan gəlməli idi. Sanki bir kişiyə salam versə, dünya məhvərindən qo-pacaqdı. Yox-yox. Bu nə abır-həyadan, nə dini adətlərdən, nə də mentalitet tərbiyəsindən irəli gəlmirdi. Bu cür yanaşma insanların uydurduq-ları hansısa cəmiyyət formalaşması idi. Buna görə də bu dövrdə qadın “ikiüzlü” olmalı idi. Tanıdıqlarını tanımazdan gəlməli, sevdiklərini

Page 8: ДИВАНЯbeylagan.cls.az › front › files › libraries › 421 › books › 243585492.pdf · 4 mimdə, cəsarət nümunəsi sayılırlar. Eləcə də qəhrəmanım da bu nümunəvi

8

sevməmiş kimi aparmalı idi özünü. Bu qədər məhkumiyyətin içində qadının yaşam qayəsi nə idi elə isə?! Olmazdırmı ki, kişilər kişilərlə yaşasınlar, kişilər kişiləri sevsinlər, kişilər bü-töv bir dünyanın tək sakinləri olsunlar. Əgər qadın bu qədər asılı vəziyyətdə yaşamalı idisə, əgər qadın ərinin köləsi, atasının buyruqçusu, kişiliyin üstdən aşağı baxaraq əmlakı kimi ya-naşdığı bir fərdi olmalı idisə, o zaman kişilərin bir-biriləri ilə yaşamalı olduğunu fərz etdiyimiz bir cəmiyyətin olmasını düşünməkdə də haqlı sayılmalıyıq. “Kişi” dediyinə hər şey olar. Qa-dın isə sadəcə törəmə aparatıdır. Qadına azadlıq verilərsə, sanki kişilər əziləcəkdi. Təzad sadəcə bundan ibarətdir: Kişi öz idarəedici funksiyası-nı qadının rəhbəri təyin etməli idi ki, qadın “öz yeri”ni bilsin. Bəlkə də tarixin matriarxat döv-ründəki çiçəklənməsi dünyaya sərf etmədi deyə süquta uğratdılar. Çünki qadın öz ətri ilə dünya-nı çiçəkləndirəcəkdi. Amma qadının çiçəklənən dünyasında kişi heç vaxt kölgədə qalmayacaq-dı. Çünki qadın hər zaman kişiyə olan ehtiyacı-nı səmimiyyətlə boynuna alacaqdı…

… Bədbəxtlikdən, onun da doğumu bu qə-dər məhdud çərçivəli bir dövrə təsadüf etdi. La-kin mənim qəhrəmanım nə sevməkdən çəkindi, nə gülməkdən. O, sevdi, çox sevdi, o qədər sev-di ki, səhv düşən taleyindəki yeganə gülüş sə-bəbi oldu onun sevgisi. Bəlkə də o, doğulduğu

Page 9: ДИВАНЯbeylagan.cls.az › front › files › libraries › 421 › books › 243585492.pdf · 4 mimdə, cəsarət nümunəsi sayılırlar. Eləcə də qəhrəmanım da bu nümunəvi

9

müəmmalı fəsilin fərqində belə deyildi, bəlkə də o ancaq gəncliyinin, damarlarında qayna-yan qanın, ya da öz saf gözəlliyinin fərqində idi. Bəlkə də ona elə gəlirdi ki, dünyanı onun eşqi xilas edə biləcək. Bəlkə də o, oxuduğu sevgi dastanlarındakı sevgi qəhrəmanlarını qı-nayırdı. “Axı necə ola bilərdi ki, sevəsən, la-kin sevdiyin insanla bir ömür birlikdə ola bil-məyəsən?” – fikri bəlkə də ona çatmırdı. Bəlkə də o, həyatın axışını çox asan zənn edirdi, ya da düşünürdü ki, sevmək varsa, sonunadək get-mək də var. Bəlkə də o bilmirdi ki, sonunadək getmək sevginin də sonu olur bəzən. Bəlkə də ona elə gəlirdi ki, ayrılıq onun sevgisində an-caq “qul”ola bilər. Lakin hardan biləydi ki, ay-rılıq onun sevgisinin “padşahı” olacaqmış?! O, yuxularında qan görəndə sevinirdi. Bəlkə də bu qədər mövhumatçı olmamalı idi. Sevgi gözünü kor etmişdimi? ! …Deməzdim. Məncə, sevgi onun qanına işləmişdi.

Page 10: ДИВАНЯbeylagan.cls.az › front › files › libraries › 421 › books › 243585492.pdf · 4 mimdə, cəsarət nümunəsi sayılırlar. Eləcə də qəhrəmanım da bu nümunəvi

10

***Mən Dənizlə tanış olanda o öz valideynlə-

rini yenicə itirmişdi. Dəniz zərif, həssas qəlbli, sevgi dolu, eyni zamanda, taleyində çox uğur-suzluqlar yaşamış, buna baxmayaraq, ayaqda durmağı bacaran mərd və xanımyana bir Azər-baycan qızıdır. Onun valideynləri avtomobil qəzasında həlak olmuşdular. Bu hadisə onun dünyasını başına yıxmışdı və gənc bir qızın hə-yata olan eşqinin sönməsinə səbəb olmuşdur. Lakin o, qarşısına qoyduğu məqsədlə oxumaq istəyinə nail olur. Və bir gün Türkiyədə təhsili-ni davam etdirməli olduğunu öyrənəndə o, hə-yatında dəyişikliklər etməyin zamanı gəldiyini anlamışdır. Aylar sonra dərslərin başladığı bir vaxta Dəniz Türkiyəyə yola düşmüş və uzaq-dan-uzağa qohumluqları çatan Mələk xanımın evinə pənah aparmışdır. Hər şey də o gündən başlamışdır.

- Çox yorğun idim. Həmişə xəyalları-nı qurduğum İstanbul, kimsəsiz bir qız və heç vaxt görmədiyim uzaq qohumumla qarşılaşmaq həyəcanı məni daha da yormuşdu. Düşünür-düm ki, görəsən, məni bəyənəcəklərmi? Məni yad kimi qarşılayıb yuxarıdan aşağı baxacaq-larından çox narahat idim. Əgər belə olarsa, müvəqqəti burada yaşayaram, iş tapınca başqa bir evə kirayəyə çıxaram, – deyə düşünürdüm. Təyyarə yavaş-yavaş yerə enirdi və görəsən,

Page 11: ДИВАНЯbeylagan.cls.az › front › files › libraries › 421 › books › 243585492.pdf · 4 mimdə, cəsarət nümunəsi sayılırlar. Eləcə də qəhrəmanım da bu nümunəvi

11

məni kim qarşılayacaq, – deyə həyəcanım daha da artırdı. Aeroportda sərnişinləri qarşı-layanların arasında şəklini internet vasitəsilə gördüyüm Mələk xanımı tanıdım. Biz bir-biri-mizə sarı yanaşdıq. İlahi, mənə elə gəlirdi ki, bir anlıq bütün yorğunluğum canımdan çıxırdı. 50-dən yuxarı yaşının olmasına baxmayaraq Mələk xanım özünü mənimlə yaşıd imiş kimi aparırdı. Xanımın bu mülayim tərzi məndə çox rahatlıq yaratdı. Necə gözəl insan olması xanı-mın üzünə yansımışdı sanki. Gözləri çox gözəl baxırdı. Ömrümdə ilk dəfə idi ki, bu cür pozitiv bir qadınla rastlaşırdım. Mənə ilk sözü bu oldu:

- Dəniz, nə yaxşı ki, qalmaq üçün Mələk xalanı seçmisən. Xoş gəlmisən, gözəlim.

- Xoş gördük, Mələk xanım. - Mən Allahdan həmişə qızım olsun deyə

dua edirdim. İndi O mənə öz torpaqlarımdan bir qız övladı göndərmiş. Buna görə çox şadam.

- Mən də şadam. Mələk xanım, sizdəki enerjiyə heyran qaldım.

- Ha-ha-ha-ha…(gülümsədi)- Sizdəki qonaqpərvərlik və gözəlliyiniz

mənə çox yaxşı təsir bağışladı.- Çox sağ ol, qızım. Amma sən hələ məni

ilk dəfədir görürsən. Mənim necə insan olduğu-mu hardan bilə bilərsən?

- Mələk xanım, sizin üzünüzdəki nur sizə iltifat etməyi tələb edir.

Page 12: ДИВАНЯbeylagan.cls.az › front › files › libraries › 421 › books › 243585492.pdf · 4 mimdə, cəsarət nümunəsi sayılırlar. Eləcə də qəhrəmanım da bu nümunəvi

12

- Hə, qızım. Bunu mənə hamı deyir. Am-ma qarşımdakı gözəl qızımdan eşitdiyim qədər təsirlisini heç kimdən eşitməmişdim, açığı.

- Mənə elə gəlir ki, mən sizdə əsl ana məhəbbətini tapacağam.

- Əlbəttə ki, Dənizim. Sən bundan sonra Mələk xanımın qızısan... İndi isə gedək evə. Bəsdir burda dayandıq.

***- Yol boyu xanımın üzünə baxmaqdan

özümü saxlaya bilmirdim. Mən hələ də inana bilmirdim ki, ilk görünüşdən aldığı təəssürat insanın düşüncələrini bu qədər dəyişə bilərmiş. Mələk xanımı tanıdığıma görə hətta Türkiyəyə gəlməyimə belə dəyərmiş, – deyirdim öz-ö-zümə… Nəhayət, evə çatdıq. Onun balaca də-mir hasarlı həyətindən görünən çiçəklərin ətri hər yanı bürümüşdü. Xanım sanki bir cənnət yaratmışdı buralarda. Və özü də o Cənnətin Mələyi imiş kimi davranırdı. Hər yer səliqəli, gül qoxulu… qapıdan içəri girdikcə evin müs-bət aurası insanı özünə çəkirdi. Evin hər bir bu-cağında Mələk xanımın öz əl işləri, divarlarda gənclik şəkilləri və onun iki oğluna aid gözəl ailə şəkillərinin çərçivələri asılmışdı. Biz bir fincan çay içdiyimiz müddətdə öz gözəl söh-bətcil tərzi ilə bütün yorğunluğumu unutdurdu mənə Mələk xanım. Və artıq məni aid olduğum

Page 13: ДИВАНЯbeylagan.cls.az › front › files › libraries › 421 › books › 243585492.pdf · 4 mimdə, cəsarət nümunəsi sayılırlar. Eləcə də qəhrəmanım da bu nümunəvi

13

yerə gətirdiyi üçün Allahıma şükr etməkdən başqa içimdən heç bir hiss gəlmirdi.

***Deyirlər, adlar insanların talelərində mü-

hüm əhəmiyyət kəsb edirmiş. Adının Mələk olması da mənim qəhrəmanımın həyatında ona məlhəm ola biləcək böyük bir sevgiyə işarə idi. Yumru üz relyefi və xoş cizgiləri, uzun saçları, bəstə boyu olan bu gözəl xanım Azərbaycanın Qarabağ bölgəsindən idi. Gəncliyi də məhz, orada keçmişdir. O, gözəlliyi ilə ona baxan hər oğlanı özünə heyran buraxırdı. Ədası, qəmzə-li gülüşü, nazlı yerişi ilə bir qadına xas olan xanımlıq və incəlik var idi onda. Mələk kitab oxumaq həvəsi ilə tutuşub yanırdı. Onun bu qə-dər romantik ola biləcəyi də yəqin ki, oxuduğu kitabların təsiri ilə formalaşmışdı. Mələk beyni ilə düşünən, qəlbi ilə davranan bir qız idi. Onun hərəkətlərindən heç kim səhv tuta bilməzdi. Çünki həm də qapalı biri idi o. İçindəki hisslə-rini hər kəsə bəlli etməzdi. Lazımi yerdə ağıllı danışar, lazımi yerdə susardı. Məktəb illərində ən çox sevdiyi ünvan yay tətillərində getdiyi Söyüdlər kəndindəki qohumlarının evləri idi. O, Söyüdlərə gedəndə hər dəfə ona elə gəlirdi ki, bu kənd ilə onu bağlayan ruhani bir güc var. Amma bu gücün haradan gəldiyini hələ də ayırd etməmişdi. Atasının Söyüdlərdəki qohumlarına

Page 14: ДИВАНЯbeylagan.cls.az › front › files › libraries › 421 › books › 243585492.pdf · 4 mimdə, cəsarət nümunəsi sayılırlar. Eləcə də qəhrəmanım da bu nümunəvi

14

qan bağı ilə bağlılığı olduğu üçün düşünürdü ki, “yəqin, məni bura qan çəkir”. Lakin o, haradan biləydi ki, onu Söyüdlərə çəkən qan bağı, əs-lində, onun bütün həyatına yetəcək qədər güclü olan Altayın eşqi olacaqmış.

Page 15: ДИВАНЯbeylagan.cls.az › front › files › libraries › 421 › books › 243585492.pdf · 4 mimdə, cəsarət nümunəsi sayılırlar. Eləcə də qəhrəmanım da bu nümunəvi

15

Page 16: ДИВАНЯbeylagan.cls.az › front › files › libraries › 421 › books › 243585492.pdf · 4 mimdə, cəsarət nümunəsi sayılırlar. Eləcə də qəhrəmanım da bu nümunəvi

16

***Söyüdlərdə heç bir hasar yox idi. Haradan

biləydim ki, bu hasarsız kəndin ən əzəmətli hasarı mənim qəlbimdə hörüləcəkmiş?!

“Söyüdlər” nağıllardakı romantikanı, film-lərdəki xoşbəxtliyi əks etdirən çox gözəl mən-zərəli dağ kəndi idi. Bu kəndin insanları da o dövr üçün səciyyəvi olan qadın köləliyindən uzaq idilər. “Xoşbəxtlər ölkəsi”1 bəlkə də uto-pik2 olaraq Söyüdlər kəndinin adı ilə bağlı ol-malı idi. Addımbaşı əkilmiş sıx söyüd ağacları kəndin füsunkar gözəlliyini yaradırdı. Ağacla-rın tam mərkəzində yerləşən göl isə bu mən-zərənin gözəlliyini daha da artırırdı. Gölün ət-rafı söyüdlərlə bağlı olduğu üçün yaşıllıqlarla sarılı labirintə bənzəyirdi. Ona görə yox ki, bu labirintdən çıxış yox idi. Ona görə ki, bu gö-lün ətrafında saatlarla qalmaqdan böyük zövq ola bilməzdi. Gündüzləri qızmar günəşlə qızı-nar, gecələri sərin mehlə dincələrdi söyüdlülər. Kənd təsərrüfatı ilə məşğul olanların səsi-küyü hələ də Mələyin qulaqlarındadır. Bu kəndin portreti isə onun gözlərindən getməzdi. Maraq-lısı da orasında idi ki, Söyüdlərdə heç bir hasar yox idi. O, haradan biləydi ki, bu hasarsız kən-

1“Xoşbəxtlər ölkəsi” – dahi Nizami Gəncəvinin “İsgən-dərnamə” poemasında adı keçən “Xoşbəxtlər ölkəsi” utopiyası və “Ədalət yurdu” şəhəri.2 Utopiya – yaxşı bir yer, ya da heç bir yer mənasında (yunan dilindən tərcümədə)

Page 17: ДИВАНЯbeylagan.cls.az › front › files › libraries › 421 › books › 243585492.pdf · 4 mimdə, cəsarət nümunəsi sayılırlar. Eləcə də qəhrəmanım da bu nümunəvi

17

din ən əzəmətli hasarı onun qəlbində hörüləcək-miş?! Bəzən mənə elə gəlir ki, bəlkə də Mələk kəndə aşiq idi. Ya da bu qədər füsunkar təbiətli bir kənddə necə ola bilərdi ki, Mələyin gözünü, könlünü oxşayan bir igid gənc olmayaydı?!

Onda Mələyin on yeddi yaşı var idi. Bir yeniyetmə qızın hisslərinin çağladığı bir döv-rdə heç sevgi hissi ondan yan keçə bilərdimi?! Keçməzdi. Keçmədi də… bu, necə baş verdisə, o, bunu hələ də yuxu hesab edir.

***Mələk xanımın bu dünyada sahib olduğu

tək şey onun iki oğlu idi. O, balalarını canından çox sevən ana, nəvələrini sevinc və fərəhlə bö-yüdüb, onları nağıllar dünyasına aparan sevimli nənə, qonşularının rəğbət bəslədiyi qonaqpər-vər qonşu, gününün çox hissəsini becərdiyi gül-lərlə keçirən və vaxtının hər saniyəsini maraqlı keçirməyə çalışan enerjili və işgüzar bir xanım, vətəndən uzaqda yaşamasına baxmayaraq qəlbi vətən eşqi ilə atan vətənpərvər, həyatda yaşadı-ğı hər gününə görə Allaha şükr etməyi bacaran güclü iradəli və dərin imana sahib bir insan idi. O, bu tərzi ilə çevrəsinin hörmət və pərəstiş et-diyi ideal xanım idi. Dəniz də Mələk xanımın bu cür söhbətcil və mehriban, eyni zamanda, diqqətcil davranışlarından kənarda qalmamış-dı. O, hər gün dərsdən evə səbrsizliklənərək

Page 18: ДИВАНЯbeylagan.cls.az › front › files › libraries › 421 › books › 243585492.pdf · 4 mimdə, cəsarət nümunəsi sayılırlar. Eləcə də qəhrəmanım da bu nümunəvi

18

can atırdı. Mələk xanımla vaxt keçirmək, onun söhbətlərini dinləmək Dənizə hər şeydən ma-raqlı gəlirdi. Onun iç dünyasını tanımaq Dəni-zin gələcək həyatı üçün stimul verirdi sanki. O, Mələk xanımın bütün söhbətlərini həvəslə din-ləyirdi, xüsusən də 40 il keçməsinə baxmaya-raq hələ də gənclik həvəsi ilə danışdığı o böyük SEVGİSİni…

- Söyüdlər mənə doğma olan ən əziz yer idi. Hər il yayın gəlməsini səbrsizliklə gözləyər-dim ki, Söyüdlərə gedəcəm. Çünki ora gedəndə başqa aləmə düşürdüm. İnsanlıq, şəfqət, mər-həmət, sevgi, qonaqpərvərlik, bir insanı özünə çəkməsi üçün lazım olan bütün insani tələbat və keyfiyyətlər burada yaşayan insanlarda öz əksini tapırdı. Mən isə ciddi bir ailədə doğul-muşdum, hər şeyin pis baxıldığı bir cəmiyyətdə yaşayırdım. Buna görə də Söyüdlərin əyləncəli macəraları məni özünə maqnit kimi çəkirdi… biz gölün kənarında qızlarla söhbətləşərdik, qız-qıza əyləncəli oyunlar oynayardıq. Birdən bütün qızların pıçhapıçla,

– Altay gəlir, – deyə bir-birilərinə işarə etdiklərini gördüm. Mənə isə qəribə gəlmişdi. Axı qızların səsini qısacaq qədər diqqət çəkən bu Altay kim idi?! Altay ya çox yaraşıqlı olmalı idi, ya da həddindən artıq əzazil. Amma bun-ları düşünərkən başımı çevirib Altayın gəlişinə tamaşa etməyə də fürsətim oldu. Mən nə onun

Page 19: ДИВАНЯbeylagan.cls.az › front › files › libraries › 421 › books › 243585492.pdf · 4 mimdə, cəsarət nümunəsi sayılırlar. Eləcə də qəhrəmanım da bu nümunəvi

19

boyuna, nə bizə doğru inamlı gəlişinə diqqət edə bilmədim. Mənim diqqətim onun mənə zillənmiş qara, şirin gözlərinə cəmlənmişdi. O ilk baxışlar, haradan biləydim ki, ürəyimin ömürlük sancısına çevriləcək. Amma mən üzü-mü qızlara tutub iztehza ilə, – Altay dediyiniz budurmu? – deyə soruşdum. Sən demə, Altayın bacısı da tanış qızların arasında imiş. – Bəyən-mədinmi? – deyə soruşanda utandığımdan başı-mı aşağı saldım. Sanki bəyənsəydim, nə dəyişə-cəkdi ki?! Kəndin bütün qızlarının aşiq olduğu Altay uzaq kənddə yaşayan, ildə bir dəfə gördü-yü qızı neynirdi ki?! – deyə düşünərək özümü sakitləşdirib evə qayıtdım.

***Bacısının evə qayıdışını həsrətlə gözləyən

Altay Mələyin kim olduğu haqda onu sorğu-ya tutmağa başlayar. Bacısı isə ona Mələyin özünübəyənmiş, eqoist bir ərköyün qız olduğu haqda məlumat verər. Altay biləndə ki, Mələk onun görünüşünü bəyənməyib, bu, onun daha da xoşuna gələr və hər gün Mələk haqqında dü-şünməyə başlayar. Çünki Mələk ilk qız idi ki, Söyüdlü qızların pərəstiş etdiyi bu yaraşıqlını bəyənməmişdi. Beləcə onların arasındakı bu antipatiya gedərək elektrikə çevrilirdi. Altayın hər gün ona baxanda yaşadığı hissləri Mələk onun gözlərindən oxuyurdu. Onlar baxışları ilə

Page 20: ДИВАНЯbeylagan.cls.az › front › files › libraries › 421 › books › 243585492.pdf · 4 mimdə, cəsarət nümunəsi sayılırlar. Eləcə də qəhrəmanım da bu nümunəvi

20

sevişirdilər hər gün. Xəyallarında özlərini göy-lərdə imiş kimi hiss edirdilər. Altayın Mələyə olan eşqi gündən-günə həm də ehtirasa çevri-lirdi. Bir-birilərinə daha yaxın olmağa can atır-dılar. Alovlu baxışlarını, nəfəslərinin istisini in-sanlardan gizlətməyə çalışırdılar. Amma bəzən kontrolu itirirdilər – sevgi gözlərini elə tutmuş-du ki, az qala hayqıraraq bir-birilərinə olan dərin məhəbbətlərini hər kəsə bəyan edirdilər. Beləcə bütün kənd onların sevgilərinin şahidi idi. Nə qədər qaçıb gizlənməyə çalışsalar da, sevgilərinin gücü onları yenə də aşkara çıxarır-dı. Gizlin bir görüş yerləri də var idi...

*** - Mən sənin gözlərinin gözəlliyinə gözəl-

dir deyə aşiq olmadım. Onlar mənə başqaların-dan fərqli baxırdılar deyə sevdim səni.

- Sən bu sevgidən ən çox nəyi gözləyir-sən, Altay?

- Sənə qovuşacağım üçün günləri sayı-ram, Mələyim.

- Səncə biz qovuşa biləcəyikmi?- Bir-birimizi sevdikdən sonra bizim bir

olub-olmamağımızın nə önəmi var ki? Sən mə-nim ruhumun məhəbbətisən.

- Əzizim, mən səni heç vaxt itirmək istə-mirəm.

Page 21: ДИВАНЯbeylagan.cls.az › front › files › libraries › 421 › books › 243585492.pdf · 4 mimdə, cəsarət nümunəsi sayılırlar. Eləcə də qəhrəmanım da bu nümunəvi

21

- Qoy Yer və göylər şahidim olsun ki, səndən başqası üçün bu ürəyin qapıları həmişə bağlı olacaq (Mələyin əllərini öz ürəyinin üs-tünə qoyaraq)

- Səni sevən bu ürəyim başqasını sevərsə, sevgin mənə haram olsun, Altayım.

Page 22: ДИВАНЯbeylagan.cls.az › front › files › libraries › 421 › books › 243585492.pdf · 4 mimdə, cəsarət nümunəsi sayılırlar. Eləcə də qəhrəmanım da bu nümunəvi

22

Page 23: ДИВАНЯbeylagan.cls.az › front › files › libraries › 421 › books › 243585492.pdf · 4 mimdə, cəsarət nümunəsi sayılırlar. Eləcə də qəhrəmanım da bu nümunəvi

23

***- Biz eşqimizin qalibiyyətinə çox inanır-

dıq. Elə bilirdik ki, dünya ancaq bizdən ibarət-dir. Bir dəfə biz görüşəndə Altaya sual verdim: Mən ölsəm, neyləyərsən? O isə əlini əlimin üstünə qoyub cavab verdi ki , – Gözəlim, belə demə. Əgər sən ölsən, yanına diri-diri basdı-rılaram. – Onun bu sözündən daha çox əlimə toxunuşu mənə təsir eləmişdi. Çox həyəcanlı idi. Sualıma hazır deyildi sanki. Əlləri titrəyir-di. Mənə elə gəldi ki, o bir anlıq məni itirəcəyi-nin həyəcanını yaşadı. Onun həmin toxunuşunu hələ də unutmamışam. Əllərinin istisi əllərim-dədir. O, mənim sağ əlimə toxunmuşdu. Bu əlimə mən hər zaman sadiq qalmışam. Çünki o Altaya aid idi. Ona görə də bəzən mənə elə gə-lir ki, hələ də istidir sağ əlim. (sağ əli ilə üzünə tumar çəkərək gözləri doldu Mələk xanımın. Göz yaşlarını Dənizdən gizlətməyə çalışaraq öz qadın həyası ilə, – sən mənə fikir vermə, qızım, – deyərək söhbəti dəyişməyə çalışdı.)…

Onların sonrakı görüşünü isə Mələk xanım belə xatırlayır:

- Dünyam mənim, artıq səndən bir saniyə belə ayrı qalmaq istəmirəm, hər gecənin tez bitməsini istəyirəm ki, səhər açılan kimi gölün başında səni gözləyim. Yayın bitməsini isə heç istəmirəm.

- Əzizim, biz artıq üç ildir ki, bir-birimizi

Page 24: ДИВАНЯbeylagan.cls.az › front › files › libraries › 421 › books › 243585492.pdf · 4 mimdə, cəsarət nümunəsi sayılırlar. Eləcə də qəhrəmanım da bu nümunəvi

24

tapmışıq, amma çox maraqlıdır ki, bu illər ər-zində bir dəfə də olsun dalaşmadıq səninlə.

- Sən mənim ruhumun əkizisən, duya bil-diyim ən içdən duyğularımın sahibəsisən. Hər belinə sarılanda, boynundakı doğmalığı ciyər-lərimə çəkəndə hiss edirəm ki, sən mənim ən böyük ehtiyacımsan. Məni məndən yaxşı anla-yanımsan.

- Belə deyib utandırma məni, dünyamın bəzəyi.(utanaraq baxışlarını kənara çəkir)

- O gözəl gözlərini məndən gizlədə bilər-sən, Mələyim, amma bir saniyə belə baxanda gözlərinin verdiyi mənanı məndən saxlaya bil-məzsən. Bax belə sarıl qal qollarımda, dinlə hər dəqiqə sənin üçün atan sol yanımı. (Mələyi özünə çəkib dalğalanmış saçlarını barmaqla-rı ilə bir tərəfə yığaraq üzünə tumar çəkir və Mələk gözlərini yumaraq onun əlinə öz əlini toxundurur. ) Sevdiyim, get-gedə sənin üçün dəli kimi darıxıram, öz-özümə – yetər artıq – deyirəm. Mən hər gün sənin gözlərində itmək, qoxundan sərxoş olmaq, nəmli dodaqlarında üzmək, incə belinlə rəqs etmək istəyirəm… deyəsən, axı dəli oluram, gülüm.

- Altayım, bizim bu böyük eşqimiz də bir dəlilik deyilmi səncə? İldə cəmi bir dəfə görə bilirik bir-birimizi. Bəlkə də onun üçündür bu yanğı, bu həsrət.

- Yox, quzum. Mən oxumuşam ki, sevgi

Page 25: ДИВАНЯbeylagan.cls.az › front › files › libraries › 421 › books › 243585492.pdf · 4 mimdə, cəsarət nümunəsi sayılırlar. Eləcə də qəhrəmanım da bu nümunəvi

25

dənizi ən dərin dənizdir. Orada yaranan bütün hisslər bu dənizin dalğalarıdır. Dalğalarsız bir dəniz sakit ümman olardı. Bizimkisi isə, fırtı-nalı dənizdir.

- Fırtına? Mən fırtınalardan qorxuram. - Qorxma, gözəl sevdiyim, yanındayam

hər zaman. (doğmalıqla sarılırlar bir-birilə-rinə)…

Page 26: ДИВАНЯbeylagan.cls.az › front › files › libraries › 421 › books › 243585492.pdf · 4 mimdə, cəsarət nümunəsi sayılırlar. Eləcə də qəhrəmanım da bu nümunəvi

26

II FƏSIL

Page 27: ДИВАНЯbeylagan.cls.az › front › files › libraries › 421 › books › 243585492.pdf · 4 mimdə, cəsarət nümunəsi sayılırlar. Eləcə də qəhrəmanım da bu nümunəvi

27

Doğrudur, ürküdücü olsa da, lakin çox vaxt istəməsək belə, sevgi əhvalatları qəmli notlara köklənməli olurlar. Amma neyləmək olar? Bu, həyatdır. Həyatın isə harada, kimin üçün nə sürprizlər hazırladığı bəlli deyil. Altayla Mələk də bəlkə də sevdikləri üçün deyil, birlikdə ol-maq, birlikdə yaşlanmaq istədikləri üçün çox acılara sinə gərməli oldular bu həyatda. Belə ki, onların üç illik sevgi hekayələrinin qovuş-masına ehtiyac yaranmışdı. Altay bir gün belə Mələksiz qalmaq istəmirdi. Artıq onun iyirmi iki yaşı vardı. Mələk isə iyirmi yaşına təzəcə girmişdi. Altay öz böyüklərini götürər, Mələyin yaşadığı rayona gələrlər. O, bura gələndə, kim bilir, hansı ümidlərlə gəlmişdi: Sevdiyini alıb gedəcəkdi. Ömürlük Mələyin ömür-gün yol-daşı, baş tacı olacaqdı. Hər gün işdən gələcək, Mələk öz nəvazişli gülüşü, məlahətli səsi ilə onu qarşılayacaqdı, o isə, sevdiyi qadının incə belindən tutub, boynunu qoxlayacaq, Cənnətin qoxusunu onda tapdığını etiraf edəcəkdi. Saçla-rını oxşayacaq, hər gün sevgidən danışacaqdı-lar. Hüzur dolu sevgi yuvalarında sevgilərindən yaranan balaca fidanları doğulacaqdı onların… Altay bu ümidlərlə yaşayarkən nə biləydi ki, bu xəyallar onun gerçəkləşməyəcək yuxularına çevriləcəkmiş.

Page 28: ДИВАНЯbeylagan.cls.az › front › files › libraries › 421 › books › 243585492.pdf · 4 mimdə, cəsarət nümunəsi sayılırlar. Eləcə də qəhrəmanım da bu nümunəvi

28

***“Çünki mən səndən qarşılıq gözlə-

mirəm”.Siz heç yatıb yuxuda aşiq olan bir hərbçi

gördünüzmü?! Amma həyatda belə də olurmuş. Nə yazıq ki, Mələk Altayın əli çatmadığı gerçək sevgisi olduğu halda, Sadiqin çin olan yuxusu olacaqmış.

Sadiq Mələyin ata tərəfdən uzaq qohu-mu idi. Amma onlar heç vaxt rastlaşmamışdılar. Buna həm şərait izn veməmişdi, həm də Sadiq Rusiyada yaşamını qurmuş hərbçi idi. Orta boy-lu, kürən saçlı, iti baxışlı, bir az da ədəbaz tərzi ilə dost-tanışlarından seçilirdi o. Onun mədəni və centlemen davranışları rus xanımlarını onun ətrafında hərlənməyə sövq edirdi. Həm yaraşıq-lı, həm imkanlı bir bəy əfəndi olan Sadiqi ev-ləndirməyə heç cür razı sala bilmirdilər. Çünki o, öz peşəsinə həvəslə sarılan biri idi. İş onun üçün hər şeydən öndə gəlirdi. Eyni zamanda, evlənmək üçün xəyalındakı gözəl şahzadəyə hələ də rast gəlməmişdi. (kor-koranə şəkildə, görücü üsulu ilə qız almaq niyyəti yox idi. Hər-çənd sevgiyə də inanmırdı, amma tələsmək də istəmirdi.)

1970-ci illərdə bütün dünyada Hindistan filmlərinin çox sevilməsi həmin dövrün gənclə-rinin fantaziyalarında məhz, o filmlərin qəhrə-manlarına bənzəyən tiplərin axtarışına zərurət

Page 29: ДИВАНЯbeylagan.cls.az › front › files › libraries › 421 › books › 243585492.pdf · 4 mimdə, cəsarət nümunəsi sayılırlar. Eləcə də qəhrəmanım da bu nümunəvi

29

yaratmışdı. Mələyin gözəlliyi də Hindistan film-lərindəki obrazları geridə qoyurdu. Sadiq pərəs-tiş etdiyi hind film qəhrəmanlarına bənzəyən bir qız olarsa, evlənəcəyinə ancaq o halda razılıq vermişdi…lakin Rusiyada yaşadığı üçün xəya-lındakı tip onun üçün daha da əlçatmaz idi… və bir gün bir yuxu hər şeyi dəyişə bilərmiş. Sadiq ilk dəfə idi ki, belə bir yuxu görürdü. Bu yuxu ya ona olan evləndirilmək təkidlərinin şüural-tında formalaşan psixoloji basqısından irəli gə-lirdi, ya da öz təxəyyülünün onun yuxularına yansımasından. Sadiq yuxuda öz həyatının şah-zadəsi ilə sevişdiyini görür. Yuxudan təlatümlü şəkildə ayılaraq həmin şahzadənin üzünə dəli kimi aşiq olur. Həm də o şahzadə ki, öz razı-lığı ilə Sadiqin qollarında nazlanırdı. Sadiq bu üzü unudardımı?! Əsla. Çünki onun hafizəsinə həkk olunan bu sima tam da xəyallarındakı Hindistan qızlarının obrazlarına çox bənzə-yirdi. Və Sadiq beləcə evlənməyə qərar verdi. Lakin bir şey vardı. Qərar verilib, namizəd isə hələ də mövcud deyil. Yaxınları bu qədər qəliz bir vəziyyətin içinə düşdükləri üçün bilmirdilər ki, Sadiqin evlənmək fikrinə sevinsinlər, yoxsa bu qarışıq dilemmadan1 baş çıxarsınlar. Çün-ki Sadiq ona göstərilən qızların yuxusundakı şahzadə olmadığını əsas gətirərək hər birindən imtina etməli olurdu. O, yuxusundakı bu çöhrə-1 Dilemma – iki etik qərar arasındakı situasiya, iki yol arasında qalmaq.

Page 30: ДИВАНЯbeylagan.cls.az › front › files › libraries › 421 › books › 243585492.pdf · 4 mimdə, cəsarət nümunəsi sayılırlar. Eləcə də qəhrəmanım da bu nümunəvi

30

ni əzbərləmişdi, hər cizgisini, baxışlarını, hət-ta qaşlarının, gözlərinin yerləşmə bucaqlarına kimi əzbər bilirdi. Onu həmin məchul gözəli axtarmaq iddiasından daşındırmağa nə qədər cəhd göstərirlərsə də, inadını qıra bilmirlər. Nə-hayət, ona Azərbaycana getməyi təklif edirlər. Yaxınları düşünürdülər ki, Sadiqin zövqüncə olan qadını bəlkə Azərbaycandan tapmaq müm-kün ola bilər. Bu niyyətlə, vaxt itirmədən onlar Azərbaycana üz tuturlar. Sadiqgil Mələygilin qonşuluğunda yaşayan qohumlarına baş çə-kirlər. Orada Sadiqi evləndirmək istədiklərini, lakin bir yuxu üzündən evləndirə bilmədiklə-rini söyləyəndə qohumları onlara qonşuluqda-kı Kamilin qızını məsləhət görürlər. Çünki bu qızı Sadiqin bəyənməyəcəyinə inanmırdılar. “Daş da başını qaldırıb bu qızı istəyirdi” – deyə el arasında Mələk üçün status qoymuşdular… beləcə, onlar yenə də ümidsiz şəkildə Kamilin evinə yollandılar. Mələk bu an həyətdə gəzişir-di. O, Altayın həsrəti ilə qovrulurdu… Bəs necə olmuşdu ki, Mələk Altaya həsrət qalmışdı? ! Axı, Altay öz elçilərini onun atasının qapısına kimi gətirmişdi. Sən demə, Kamil bəy qızını uzaq rayona ərə vermək istəmədiyini əsas gə-tirərək, həmçinin qızının yaşının az olduğunu bəhanə edərək onlara veriləsi qızlarının olmadı-ğını bildirmişdi. Amma Mələk atasının inadına qarşı gələ bilməmişdi. Çünki Kamil bəyin zəh-

Page 31: ДИВАНЯbeylagan.cls.az › front › files › libraries › 421 › books › 243585492.pdf · 4 mimdə, cəsarət nümunəsi sayılırlar. Eləcə də qəhrəmanım da bu nümunəvi

31

mi o qədər güclü idi ki, o dövrdə bir gənc qızın atası ilə arasındakı bu uçurumlu məsafəni keç-mək müşkül məsələ idi. Altayın dəfələrlə elçi gəlməsinə baxmayaraq, Kamil bəy daha da inad göstərmiş, dediyindən dönməmişdir. Bir atanın bu qədər prinsipial davranması, görəsən, nəyə görə idi? O, öz qızının xoşbəxtliyini istəmirdi-mi? Yoxsa öz sözündən dönməmək üçün prin-siplərini çeynəyib keçmək istəmirdi? Məncə, ikincisi. Çünki heç bir ata, əslində, övladının pisliyini, bədbəxtliyini istəməz. Lakin həmin dövr üçün daha səciyyəvi olan bir cəhət var-dı: kişi sözü. Aman Allahım! Bu böyük sevgi kişi sözünün qurbanımı oldu? Dövrün eqoizm dolu səhv baxışları nəyə görə məsələlərə bu qədər sərt yanaşırdı? Qovuşmaq varkən, sevgi varkən, qarşılıq varkən nəyə görə böyük sev-gilərə həsrət yağışı yağmalıdır ki? Bəs Altay? Bəs Mələk? Birlikdə uzaqlara qaçıb xoşbəxt ola bilməzdilərmi? Onlar bu yol ilə xoşbəxt ola biləcəklərini düşünmürdülər. Çünki böyüyün xeyir-duası olmayan bir eşqin xoşbəxtliyindən çox bədbəxtliyi düşündürürdü onları. Bəli, on-lar bu qədər təmiz, saf və ləyaqətlə sevirdilər bir-birilərini. Odur ki, özlərini eşqin məhkum-luğuna qurban etməli oldular… lakin Mələyin hələ də ümidi var idi. Atasının, nəhayət ki, yola gələcəyi bir günə ümid edirdi. Ta ki, Sadiqin gələcəyi günə kimi…

Page 32: ДИВАНЯbeylagan.cls.az › front › files › libraries › 421 › books › 243585492.pdf · 4 mimdə, cəsarət nümunəsi sayılırlar. Eləcə də qəhrəmanım da bu nümunəvi

32

Page 33: ДИВАНЯbeylagan.cls.az › front › files › libraries › 421 › books › 243585492.pdf · 4 mimdə, cəsarət nümunəsi sayılırlar. Eləcə də qəhrəmanım da bu nümunəvi

33

***… Və qapı açıldı. Həyətə daxil olanların

arxasında Sadiq dayanmışdı. Mələk isə qonaq-lara etinasız bir salam verib oradan uzaqlaşdı. Sadiq heyrətdən yerindəcə qurumuşdu. Bilmir-di qarşısındakı gözəlliyin möcüzəsinə inansın, yoxsa yuxuların da çin ola biləcəyi ehtimalına. Onun çoxdandır arzusunda olduğu, xəyallarında yaşatdığı şahzadə elə indicə etinasızlıqla yanla-rından uzaqlaşdı. Dili-dodağı söz tuta bilməyən Sadiq bu qızın yuxularından əl çəkməyən o qız olduğunu heç kimə izah edə bilmədi. Ancaq ağlından bu fikir keçirdi: Bu, mənim qadınım-dır. Mələk üzərindəki yad baxışları görəndə narahatlıq keçirirdi. O hiss eləmişdi ki, Altaya bağladığı ümidlərin sonu çatır artıq. Amma Al-taydan iki il idi ki, xəbər yox idi. Kamil bəyin narazılığından sonra Altay hərbi xidmətə yola düşmüşdü. Sibirdə hərbi xidmətini layiqincə yerinə yetirən Altay da, sən demə, günlərini Mələyi düşünməklə keçirirmiş. Sibirin soyuq iqliminə alışmaq onun üçün çətin olmamışdır. Çünki o, içində böyük bir sevgi ilə qızınırdı. Və Altay ürəyinə öz eşqi ilə damğasını vurduğu Mələyin adını qoluna da həkk etdirmişdi.

Adım qolunda, eşqim qəlbində,Bu dünya mənimçün yoxluğa dönüb.Özün uzaqlarda, ruhun cismimdə,Bir həsrət mənimçün kabusa dönüb.

(Mələyin dilindən)

Page 34: ДИВАНЯbeylagan.cls.az › front › files › libraries › 421 › books › 243585492.pdf · 4 mimdə, cəsarət nümunəsi sayılırlar. Eləcə də qəhrəmanım da bu nümunəvi

34

Sən demə, o da ümid edirmiş ki, əsgəri xidmətini başa vurub vətənə qayıtdıqdan sonra gedib yenidən Mələyi Kamil bəydən istəyəcək. Amma sən saydığını say, gör fələk nə sayır…

Vətənə döndükdən sonra Altay Mələyi gör-mək üçün onun yaşadığı yerə getmək istəyirdi. Lakin Altayın qohumları ona Mələyin guya ərə getdiyi xəbərini verməklə onun bütün ümidləri-nin, arzularının kitabını bağladılar. Hər şey onu Mələkdən soyudub uzaqlaşdırmaq üçün idi. Hansı ki, həmin qohumlar da Mələyi öz oğul-ları üçün istəyirdilər. Və bu mənfur niyyət Alta-yın aldadılması ilə nəticələndi. Ona hətta Mələ-yin ürək xəstəliyindən əziyyət çəkən on dörd yaşlı bacısının ölüm xəbərini belə toy xəbəri kimi çatdıraraq Mələyin guya kefdə-damaqda olduğuna, onu unutduğuna eyham vurmuşdular ki, Altayın onunla bağlı arzularını puç etsinlər. Və beləliklə, bu iki il onların bir-birindən xə-bərsiz ümidlərinin həm çiçəklənməsi və həm də solması dövrü oldu. Mələk haradan biləydi ki, Altay onun guya ərə getdiyi xəbərini eşidərək bundan sonra daha onu görmək istəmədiyinə dair söz veribmiş…hər şey də ondan sonra baş-ladı – iztirablar, ağrılar, acılar, cəfalar…

Page 35: ДИВАНЯbeylagan.cls.az › front › files › libraries › 421 › books › 243585492.pdf · 4 mimdə, cəsarət nümunəsi sayılırlar. Eləcə də qəhrəmanım da bu nümunəvi

35

***Onlardan fərqli olaraq Sadiq çox ümidli idi.

O, həm öz vəzifəsinə güvənirdi, həm də öz ya-raşığına. O yaxşı bilirdi ki, Kamil bəy öz qızı-nı Altaya verməmişdir. O, biləndə ki, Mələyin qəlbində ona heç vaxt yer olmayacaq, bu zaman kinayə ilə gülümsəyib özünü Mələyə sevdirə biləcəyini düşünürdü. Belə bir şəraitdə ən uy-ğun namizəd idi Sadiq. Adlı-sanlı hərbçi, üstə-lik də imkanlı. Kamil bəy üçün göydəndüşmə kürəkən namizədi oldu. O, qızını ancaq Sadiqin xoşbəxt edə biləcəyini düşünərək Mələyin razı-lığı olmadan onu Sadiqə nişanladı.

Görüş zamanı:- Gözəl Mələyim, sən heç bir sevgi yaşa-

mamısan. Dünyadan belə xəbərin yoxdur. Mən sənə həyatın ən gözəl üzlərini yaşadacağam. Sən mənim yuxularımın şahzadəsisən. Sən mə-nim sevgiyə qarşı inamsız olduğum bir vaxtda qarşıma çıxan möcüzəmsən.

- Sən necə əminliklə deyirsən ki, mən səni sevə bilərəm?

- Bəs sən necə əminliklə inanırsan ki, məni sevməyəcəksən?

- Çünki insan həyatda bir dəfə sevə bilər.- Bəli, elədir. Mən də bir dəfə sevdim.

O da sənsən. Nədir, bundan sonra səni kiməsə verə biləcəyimimi düşünürsən? Bacarırlar, gə-lib səni məndən alsınlar. Səni Allah mənim

Page 36: ДИВАНЯbeylagan.cls.az › front › files › libraries › 421 › books › 243585492.pdf · 4 mimdə, cəsarət nümunəsi sayılırlar. Eləcə də qəhrəmanım da bu nümunəvi

36

üçün yaradıb.- Yox, Sadiq. Sənin qəlbini qırmaq istə-

mirəm. Lakin sənə boş ümidlər verə bilmərəm.- Yox-yox-yox (fikirlə razılaşmayaraq

əllərini yellədi). Boş ümid? Sənin dediyin boş ümid nədir? Mənə qarşı heç bir hissinin olma-ması? Həyatda hər bir şey bir səbəblə yaranır. Mən o yuxunu görməsəydim, sənin arxanca düşməzdim. İndi buradayamsa, bunun səbəbi sənsən. Görürsənmi, ümid dediyin məndə ger-çək oldu.

- Amma mən…- Sus, canım mənim, sus. Bir kəlmə belə

eşitmək istəmirəm. Amma sən mənim olacaq-san.

- Sadiq, sən qarşılıqsız sevgiyə necə əyilə bilirsən?

- Çünki mən səndən qarşılıq gözləmirəm. Mənim olan bu ürəyin tək sahibi sənsən artıq. Sənin Altaydan başqasını sevə bilməyəcəyin kimi, mənim də səndən başqasını sevmək eh-timalım yoxdur. Sənin sevgin daşa dəydi. Barı, mənimkini qoyma dəysin. Sənə hərşeyi unut-duracağam. Əsl sevginin əslində mən olduğunu anlayacaqsan.

- Mən onsuz da yanmış biriyəm. Bundan sonra nə önəmi var ki, kiminlə yaşayacağam, necə olacağam?

Page 37: ДИВАНЯbeylagan.cls.az › front › files › libraries › 421 › books › 243585492.pdf · 4 mimdə, cəsarət nümunəsi sayılırlar. Eləcə də qəhrəmanım da bu nümunəvi

37

- Səni yanmağa qoymayacağam. Atəşini söndürən su olacağam.

***Görəsən, bu həyatda ruhları bir-birinə

bağlı olan insanların cismani ayrılıqları nəyə işarədir?! Mələyə elə gəlirdi ki, Sadiqin bu yuxusunu o, bir kabus olaraq yaşayır və tezlik-lə bu kabus sona çatacaq. Lakin hər dəfə öz-özü nə toxunarkən, canlılığını hiss edib bu ka-busun onun real həyatı olduğunu dərk edəndə çox məyus olurdu. O, ancaq bunu düşünürdü: “bəlkə də hər şey başqa cür ola bilərdi. Niyə axı Altay geri çəkildi? Niyə o məndən bu qədər uzaq düşdü? Niyə axı atam mənim fikrimi heç nəzərə almadı?” Bu “niyə”lər onun canını sıxa-raq, əzablarını daha da artıraraq bir gənc qızın həyat eşqinin sönməsinə səbəb olurdu. Sevgi dolu, dürüst qəlbli bir qız gedərək həyatın sax-takarlıqlarını qəbul etməli idi – yalandan gü-lümsəyərək, insanlara özünü xoşbəxtmiş kimi göstərib qəlbindən nə keçənləri heç kimə bildir-məyərək davranmaq onun insanlıq “şələ”sinin mənfilərlə yüklənməsinə səbəb olurdu. Qadın-ları sevgilərini içlərində boğmaq üçün bu qə-dər manqurtlaşmağa sövq edən “kişi sözlər”i o dövrdə, kim bilir, neçə-neçə gənc qızın həyatını məhv, xəyal dünyalarını alt-üst etmişdir?! …

Page 38: ДИВАНЯbeylagan.cls.az › front › files › libraries › 421 › books › 243585492.pdf · 4 mimdə, cəsarət nümunəsi sayılırlar. Eləcə də qəhrəmanım da bu nümunəvi

38

***Nəhayət, toy günü gəlib çatdı. Hər gənc

qız kimi öz toyunda ağ gəlinlik geyməyi xəyal edən Mələk üçün özəl olaraq narıncı gəlinlik libası tikilmişdi. Çünki o ağ gəlinliyi ancaq Altay üçün geyinəcəkdi. O, dövrünün iyrənc qaydalarına bu yolla etiraz edə biləcəyini dü-şünürdü. Amma Sadiq üçün bu, önəmli deyildi. O, Rusiyada yaşadığı üçün dünyagörüşü başqa cür formalaşmışdır. Onun üçün milli mentalitet prioritetləri o qədər də önəmli deyildi. O, Mələ-yin libasını deyil, özünü, simasını vacib sayır-dı. Sadiq öz gözəlinin siması ilə rahatlıq tapıb xoşbəxt olurdu. Necə də gözəl sevirdi o Mələyi. Sevmək onun haqqı olduğu kimi, sevilmək də onun haqqı deyildimi? O, heç vaxt sevgi yaşa-mayan bir zavallı deyildi, o, sevginin ən yüksək mərtəbəsinə ucalan yuxular şahzadəsi idi. Bəs Mələk onu sevə bilməzdimi? Görəsən, Sadiqin bir şansı belə yox idimi? Yəqin ki, yox idi. Çünki Sadiq üçün eşq Mələk idisə, Mələk üçün eşq Altay idi. Sadiq onun eşqini tərslik, inad kimi qiymətləndirirdi. O, Mələyin inadını qıra biləcəyini düşünürdü. Bəlkə də qınayacaqsınız Mələyi. Bəlkə də onu Sadiqə daha çox layiq biləcəksiniz. Bəli, Sadiqin də sevilməyə haqqı çatır, – deyə düşünənləriniz də olacaq, Mələk bu boş sevdadan əl çəksin, dünyada tək üzülən qadın o deyil, – deyə düşünənləriniz də…Lakin

Page 39: ДИВАНЯbeylagan.cls.az › front › files › libraries › 421 › books › 243585492.pdf · 4 mimdə, cəsarət nümunəsi sayılırlar. Eləcə də qəhrəmanım da bu nümunəvi

39

Mələyin eşqi inad deyildi. Mələyin eşqi vəfa idi, sədaqət idi – özünə, sevdiyinə və böyük məhəbbətinə sədaqət idi. Xoşbəxtlikdən o bunu Sadiqdən gizlətmirdi. O, Sadiqə layiq olmadı-ğını, başqa bir qadının böyük sevgisi ilə qəlbini isitməli olduğunu ona dəfələrlə demişdir. Sadiq isə hər dəfə onun ən böyük ehtiyacının, məhz, Mələyin özü olduğunu vurğulamaqdan zövq alırdı. Onun bu zövqü get-gedə asılılığa çevri-lirdi…

Page 40: ДИВАНЯbeylagan.cls.az › front › files › libraries › 421 › books › 243585492.pdf · 4 mimdə, cəsarət nümunəsi sayılırlar. Eləcə də qəhrəmanım da bu nümunəvi

40

Təsəllilər heç bir işə yaramırdı.

Mələk ailə qurduqdan sonra Moskvaya köçməli idi. Çünki orada onun ərinin bir həyatı var idi. Qadın isə öz ərinin yanında olmalı idi. Mələk özünü qəfəsdəki bülbül kimi hiss edirdi. O, anlamışdı ki, artıq azadlıq bitdiyi üçün sev-gisinə başqa cür don geyindirməli idi. O öz bö-yük məhəbbətinə “qismət belə imiş” deyib keç-sinmi? Yoxsa, “sən onda nə bilirdin məhəbbət nədir?” – deyənlərin sözləri ilə ovundursunmu qəlbini? Axı o gözəl bilirdi ki, o ilk hisslər onun qəlbində oynadılan uşaqlıq oyuncağı deyildi. O ilk hisslər onun ömürlük şəxsiyyət bütövləşmə-si, ruhunun qidası idi. O, inanırdı ki, əsl eşqi insan ömründə bir dəfə yaşaya bilər. Bəlkə də o, haqlı idi. Yəqin ki, onun içindəki müharibə öz-özü ilə idi. “Daha qətiyyətli olsaydım, bəlkə də hər şey başqa cür olardı” – deyərək özünü yeyib-bitirirdi. Bəlkə də Altay düşünürdü ki, başqaları kimi Mələk də ərə getmək sevdasın-da olubmuş. Amma Mələk bu sevdaya heç vaxt düşmədi. O, sevdiyi insanın qadını olmağa, həyatını onunla bölüşməyə can atırdı sadəcə. Digərləri kimi, ailə qurmaq xatirinə sevmədiyi insanla yaşamaq məcburiyyətində qalması ona kabus kimi görünürdü. Buna görə də təsəllilər heç bir işə yaramırdı.

Page 41: ДИВАНЯbeylagan.cls.az › front › files › libraries › 421 › books › 243585492.pdf · 4 mimdə, cəsarət nümunəsi sayılırlar. Eləcə də qəhrəmanım da bu nümunəvi

41

III FƏSIL

Page 42: ДИВАНЯbeylagan.cls.az › front › files › libraries › 421 › books › 243585492.pdf · 4 mimdə, cəsarət nümunəsi sayılırlar. Eləcə də qəhrəmanım da bu nümunəvi

42

- Dəniz, qızım, sən sevdikcə ucalmaq nə-dir bilirsənmi?

- Mən bunu sadəcə kitablardan oxumu-şam. Sizin kimi bunu hiss etməyim imkansız.

- Dənizim, bax, indi gördüyün bu nüfuzu, bu insanlığı mən içimdəki böyük eşqin sayəsin-də qazanmışam. Sən bəlkə də mənə dəli kimi baxacaqsan. Lakin mən hər gün Altayla danı-şıram, ona açılıram xəyallarımda. Mən bunu eləməsəm, dinclik tapa bilmərəm. Onun eşqi, xəyali məsləhətləri məni sakitləşdirir. Bax, beləcə mən ucalıram.

- Sizə sadəcə heyranam. Qəlbinizdəki bu boyda acını necə ustalıqla hər kəsdən gizlədə bilirsiniz? Necə belə motivasiyalı ola bilirsiniz?

- Bax, gözəl qızım, bu həyat hər insana bir dəfə verilir. Həyatda elə istəklərimiz olur ki, onlara həmişə kənardan baxmalı oluruq. La-kin düşünəndə ki, bu həyata bir daha gəlmək şansımız olmayacaq, o zaman Allaha şükr edib bizə yaşatdıqlarına qane olmağı seçirik. İmanı-mız nə qədər güclü olarsa, yaşadığımız hər növ məşəqqətin öhdəsindən gəlmək də bir o qədər asan olar. Mən Allaha o qədər inanıram ki, 40 ildir məni üzünü belə görməyə həsrət qaldığım sevdiyimin sevgisi ilə sınayır deyə ona heç üs-yan etmədim. Nədənsə içimdə bir hiss var ki, O məni Altayıma qovuşduracaq. Sadiq mənə demişdi ki, hər şey səbəblərdən yaranır. O, öz

Page 43: ДИВАНЯbeylagan.cls.az › front › files › libraries › 421 › books › 243585492.pdf · 4 mimdə, cəsarət nümunəsi sayılırlar. Eləcə də qəhrəmanım da bu nümunəvi

43

yuxusu səbəbilə mənə qovuşdu. Mən də düşü-nürəm ki, o hər şeyin səbəblərlə baş verdiyini düşünməkdə haqlı idi. Mənim də 40 il əvvəl Al-tayı ilk dəfə görməyim boş yerə ola bilməzdi! Yaşanan hər şeydə mütləq ki, bir səbəb vardır. Bəlkə də onun sevgisi məni bu həyatda güclü birinə çevirmək üçün idi. Yəqin ki, Yaradanın bizimlə bağlı nə isə bir planı varmış…

***Mən böyük ürək ağrısı ilə bu günaha batdım.

Gündən-günə vəziyyət daha da dözülməz olurdu. Mələk heç cür Sadiqi sevə bilməyəcə-yinə artıq tamamilə əmin idi. Sadiqin sevgi-si isə artıq asılılıqdan prinsipə çevrilmişdi. O, özünə bağışlaya bilmirdi ki, necə ola bilər ki, zəif bir qadının iradəsini özünə təslim etdirə bilməsin. O, toydan sonra hətta Mələyin ona könüllü təslim olması üçün ona bir ay şans da vermişdir. Mələyin evliliyi müddətində bu bir ay onun üçün ilk və son azadlıq oldu. O, mak-simum dərəcədə bir aylıq zamandan istifadə edərək hələ də Altaya sadiq qala bilməsinə görə özünü xoşbəxt hiss etməyə davam edir-di. Lakin bu xoşbəxtliyin müddəti də sadə-cə bir ay idi və sona çatdıqdan sonra hər şey daha da bərbad oldu. Bir evdə qarşılıqsız eşq

Page 44: ДИВАНЯbeylagan.cls.az › front › files › libraries › 421 › books › 243585492.pdf · 4 mimdə, cəsarət nümunəsi sayılırlar. Eləcə də qəhrəmanım da bu nümunəvi

44

yaşayan Sadiqlə, Altay üçün qəlbi atan Mələ-yin məhəbbət üçbucağı paradoksu yaranmışdı. Onlar, nəinki, bir-birinə öyrəşə bilmirdilər, hət-ta bir saat birlikdə vaxt keçirməyə belə güclə-ri çatmırdı. Artıq iş o yerə çatmışdır ki, Sadiq təhdidlər yağdırır, əgər Mələk səhv bir addım atarsa, Altayı öldürəcəyi ilə hədələyirdi Mələ-yi. O, bunu edərdi. Çünki o dövrdə bir kişinin Moskva kimi şəhərdə hər cür mafiya ilə əlaqəsi vardırsa, bunu etmək də onun əlində heç nə idi. Bəli, Sadiq Moskvada “Saşa” ləqəbi ilə tanınır-dı. Sovetlər dövründə “vorzakon”ların cəmiy-yətə xüsusi təsir etdiyi dönəmlərdən keçirdilər. Saşa da bu işlərə bulaşmışdı. O, hərbçi kimi nizam-intizama sahib bir bəy olmaqla yanaşı, içində manyak keyfiyyətləri cəmləşdirən killer də ola bilərdi. Bilirəm, düşünürsünüz ki, kaş o Sadiq həmin Sadiq kimi qalaydı. Bəlkə də onun Saşaya çevrilməsi Mələklə onun arasında daha da aşılmaz məsafə yaradırdı. Onun qısqanclıq-ları, Mələyi həddindən artıq sıxması və dəfələr-lə şiddətə məruz qoyması artıq dözülməz həddə çatmışdır. Mələk bətnindəki körpəsini dünyaya gətirməyə, analığın sevincini yaşamağa belə qorxurdu. Onun içində böyük bir eşqlə bərabər artıq qorxunc bir nifrət də böyüməyə başlayır-dı. O nifrət öz həyatının dolanbac səmtinə idi. O nifrət öz prinsiplərini qızının xoşbəxtliyin-dən üstün tutan ataya idi. O nifrət Altayı ondan

Page 45: ДИВАНЯbeylagan.cls.az › front › files › libraries › 421 › books › 243585492.pdf · 4 mimdə, cəsarət nümunəsi sayılırlar. Eləcə də qəhrəmanım da bu nümunəvi

45

soyutmağa çalışan insanlara idi. O nifrət sevil-mədiyini bilərəkdən onu öz dünyasına salan Sa-diqə idi. O nifrət ki, Altaydan başqa artıq bütün insanlıq sevgisini onun ürəyində məhv edirdi. Bu qədər nifrət içində onun qəlbi hələ də Al-tayla döyünürdü. Bütün acılarını, iztirablarını Altaya danışırdı öz xəyallarında.

- Hər gün güzgüyə baxırdım. Orada öz əksimin yerində Altayı görürdüm. Ona hər şeyi danışırdım. O isə, məni sakitləşdirməyə, təsəlli etməyə çalışırdı. Gözlərimi yumub ondan axı niyə belə olduğunu soruşanda, – narahat olma, mən səninləyəm, – deyərək məni susdururdu. Ancaq bununla dinclik tapırdım.

…Və bir müddətdən sonra Azərbaycana gələsi oldular. Sadiq hətta onu vətəninə belə gətirməyə ehtiyat edirdi. Qəlbində olmadığı qadının yanında olmaqla təskinlik tapırdı san-ki. Lakin o, biləndə ki, ata olacaq, bu zaman Mələk üçün vətən həsrətini bitirməyə qərar ver-di. Azərbaycana gələn zaman yol boyu Mələk insanlıq adına mənfur bir plan hazırlayırdı. O, hamiləliyinə görə narahat olduğunu bəhanə gə-tirərək əczaxanaya girib dərman alar. Bu çarə-siz qadın bətnindəki ilk analıq həvəsini məhv etməyi planlaşdırmışdı çünki. Və istəyinə nail oldu.

- Mən böyük ürək ağrısı ilə bu günaha batdım. Amma bunu etməli idim. Çünki onsuz

Page 46: ДИВАНЯbeylagan.cls.az › front › files › libraries › 421 › books › 243585492.pdf · 4 mimdə, cəsarət nümunəsi sayılırlar. Eləcə də qəhrəmanım da bu nümunəvi

46

da sevmədiyim bir insanla yaşamaq məcburiy-yətində idim. Bir uşağı da bu sevgisiz ailənin qurbanı etmək istəmirdim. Məni hər kəs qınasa da, bu mənim üçün günah sayılsa da, mən öz qərarımda haqlı idim. Çünki övlad ata-ananın sevgisindən yaranmalı olan mələkdir, – deyə düşünürdüm. Amma mənim bətnimdəki mələk sadəcə kiçik bioloji varlıq kimi görünürdü mənə. Buna görə də bu addımı atmalı idim. Daha bir insanın bu dünyada zülümlərlə yaşamaq məc-buriyyətinə son qoydum. Lakin bu addım heç vaxt mənə haqq qazandırmadı. Əksinə, analığı daddıqdan sonra nə qədər peşmanlıq yaşasam da, artıq gec idi. Buna görə yenə də Yaradandan bağışlanmağımı dilədim hər zaman.

Keçənə güzəşt deyərlərmiş. Onu qınama-ğa mənim haqqım yəqin ki, çatmaz. Bu, onun həyatıdır. Bu addım, onun yaşamalı olduğu hə-yatda ona verilməyən seçimlərin hər birinə eti-razdır yəqin ki. Bu cür qadınlar qınaq obyektinə çevirilirlər, təzyiqlərə məruz qalırlar. Niyə belə etdi ki o? Allah sənə bu cür həyat bəxş etmiş-dir – səni sevən həyat yoldaşı, rahat yaşamın üçün zəruri olan zəngin həyat və çoxlarının il-lərdir həsrətlə Allahdan istədikləri və gözlədik-ləri övlad sevinci. Bəs deyildirmi? Daha nələr olmalıdır bir insanın həyatında ki, onu səadətə çatdırsın. Yəni, bu, Mələk tərəfindən edilən nankorluqdurmu? O öz rahat həyatına təpik-

Page 47: ДИВАНЯbeylagan.cls.az › front › files › libraries › 421 › books › 243585492.pdf · 4 mimdə, cəsarət nümunəsi sayılırlar. Eləcə də qəhrəmanım da bu nümunəvi

47

mi atmağa çalışır? O nə etməyə çalışır? Niyə axı əlində olanların qədrini bilmir? Çoxlarının arzusudur onun yaşadığı bu həyat. Elə isə, bu öyüdlərin ona heç bir təsiri yoxdurmu?

Mən deməzdim ki, Mələk nankor, kibirli və özbaşınadır. Əksinə, o çox sevgi dolu, mər-həmətli qəlbə sahib bir qadındır. Lakin qısa müddətdə yaşadığı, ya da yaşamağa məcbur qo-yulduğu həyat onu içindən sıxa bildikcə sıxırdı. Hər insanın həyatında yaşadığı elə dönəmlər olur ki, bu dönəmlərdən öz gücünə çıxa bil-məyəndə həyatının eniş dövrünü yaşamalı olur. Yəqin ki, o da eniş etməli idi. Bir yerdə enmək bəlkə də başqa bir yerdə yüksəlişə işarədir. Və ya əksinə, dibinə girdiyin quyu sənin heç vaxt çıxa bilməyəcəyin dərinliyin də ola bilər. Mələ-yin də vardığı bu dərinlik çox çıxılmaz görünür-dü. Bəs görəsən o, paralogism1 standartlarına uyğun olmayan addımları hansı situasiyalarda atmağa məcbur olurdu? Deyəsən, onun sevgisi bir xəstəliyə çevrilərək onun məntiqli yanaşma-larının önünə keçmişdir.

Bu hadisədən sonra Sadiqin ona qarşı rəftarı daha da ağırlaşdı. Simvolik ailə tablosunu can-landıran bu iki insan arasında heç bir uyğunluq yox idi. Sanki Mələk Sadiqi heç bir zaman sev-məyəcəyinə and içmiş, Sadiq isə Mələyə bunun 1 Paralogism – məntiq qanunlarının və qaydalarının qərəzsiz pozulması, mühakiməni sübut gücündən məh-rum edir və adətən yanlış nəticələrə gətirib çıxarır.

Page 48: ДИВАНЯbeylagan.cls.az › front › files › libraries › 421 › books › 243585492.pdf · 4 mimdə, cəsarət nümunəsi sayılırlar. Eləcə də qəhrəmanım da bu nümunəvi

48

əvəzində acılar yaşatmağa sanki söz vermişdir. Bu dünyadakı Cəhənnəm də bu olsa, əlbət. Bit-mək bilməyən bu iztirabların yaşandığı bu ev-lilik cəmi dörd il sürdü. Bu dörd ildə Mələyin üzünü güldürən yaxşı ki, iki səbəbi var idi .

Həyata sınaq meydanı kimi baxsaq, hər in-sanın sınandığı mübarizələrdən çıxış yolu ax-tarmağa çalışdığını görmüş olarıq. Axtarmaqla tapmaq arasında isə əyri bir zona dayanır. Ax-tarış nöqtəsindən başlayaraq həmin zonadan keçməli olursan ki, çatacağın hədəf tapacağın hədəf sayılsın. Əyri zonadan çıxmağın isə yal-nız bir yolu vardır; heç olmasa, insanı güldürə və tutuna biləcəyi hər hansı bir səbəbi olma-lıdır. Mələyin isə, bir deyil, iki səbəbi var idi. Onun içindəki dünyasınının müharibəsini sülhə çevirə bilən, qəm dəryasının qüssəli dalğaları-nı külək kimi qova bilən, təbiətinin fırtınalı və günəşli günlərini balanslaşdıra bilən o səbəblər – övladları Sənan və Kənan idi. Mələk ilk övlad sevincindən özünü və Sadiqi məhrum etdikdən sonra susqun və hissiyyatsız biri olmuşdur. O ya bu işin vicdan yükünü çəkirdi, ya da qınaqların, təzyiqlərin onu boğaraq sıxışdırdığı, cavab tapa bilmədiyi bir susqunluğa bürünmüşdür. Bunu qədəri ilə barışmaq üçün atılmış addım kimi də qiymətləndirmək olar. Çünki susqun – hər şey-lə qeyri-təbii şəkildə razılaşmağa meylli bir in-sandır. Bu meylliliyin əsarətinə o da keçmişdi.

Page 49: ДИВАНЯbeylagan.cls.az › front › files › libraries › 421 › books › 243585492.pdf · 4 mimdə, cəsarət nümunəsi sayılırlar. Eləcə də qəhrəmanım da bu nümunəvi

49

Sənanın, bir ildən sonra isə Kənanın dünyaya gəlişi Mələyin həyatında şüurlu şəkildə hiss edə biləcəyi yeganə sevincləri oldu.

Page 50: ДИВАНЯbeylagan.cls.az › front › files › libraries › 421 › books › 243585492.pdf · 4 mimdə, cəsarət nümunəsi sayılırlar. Eləcə də qəhrəmanım da bu nümunəvi

50

IV FƏSIL

Page 51: ДИВАНЯbeylagan.cls.az › front › files › libraries › 421 › books › 243585492.pdf · 4 mimdə, cəsarət nümunəsi sayılırlar. Eləcə də qəhrəmanım da bu nümunəvi

51

Eşidəndə ki, o öz qızına mənim adımı qoyub,

bu, mənim üçün həyatın ən böyük təsəllisi oldu.

Artıq iki il keçmişdi. Vəziyyət xeyli dəyiş-mişdi. Mələk öz oğlanlarının şıltaqlıqları ara-sında Altaya olan eşqini itirmişdir. Get-gedə o sanki öz həyatı ilə barışaraq bütün ömrünü öv-ladlarına həsr etməyə qərar vermişdir. “Hələ də gec deyil, üzümü güldürən iki gözəl balamı Al-lah mənim üçün hədiyyə göndərib”, – deyərək özünü danlayıb məzəmmət edirdi. Lakin o hər dəfə illər arxasında itmiş eşqinə vəfasızlıq etdi-yini düşünəndə qəribsəyirdi. Axı o eşq onun ilk övladı idi. Axı o Altayı deyil, Altayı sevməyi sevmişdi. Bəli, onun sevgisi Altaya olan eşqinə idi. İlk göz ağrısı, ilk sevinci, ilk balası kimi doğma idi o eşq Mələyə. Necə unutsun axı o öz doğma eşqini?!

Bir tablo çək, rəssam qardaş, Həm qəlb olsun, həm də həsrət. Bir tablo çək, rəssam qardaş, Qırx il bəslənən sevginin fidanları olsun…

(Mələyin dilindən)…Lakin vaxt keçdikcə o, Altayın onu unu-

da biləcəyi ehtimalından qorxurdu. - Bəs siz heç bu qırx ildə bir dəfə də ol-

sun, rastlaşdınızmı?

Page 52: ДИВАНЯbeylagan.cls.az › front › files › libraries › 421 › books › 243585492.pdf · 4 mimdə, cəsarət nümunəsi sayılırlar. Eləcə də qəhrəmanım da bu nümunəvi

52

- Elə ən acı yanı da budur, qızım. Qəlbim məhz, bu yerdən sızlayır. Biz bu qırx ildə bircə dəfə də rastlaşmadıq. Heç təsəvvür edirsənmi, mən öz Altayımın mənə baxan qara gözləri-nin ətrafında yaranan qırışları görə bilmirəm. Mən onun işləyərək zəhmətdən qabaran əllə-rinə toxuna bilmirəm. Mən onun yaşının üstünə gələn illəri onunla birlikdə duya bilmirəm. Mən onun kədərdən bəyazlanan saçlarına sığal çəkə bilmirəm.

- Mənə ağırdır bunu demək. Bəlkə o heç sizi sizin onu sevdiyiniz qədər sevmir?

- Bilirsən, Dənizim. Mənim hisslərimin ən asılı yanı harasıdır? Xoşbəxtlikdən, mən onun həsrətlə atan qəlbini hiss edə bilirəm. Bax, görürsən, mən onunla bağlı hər şeydən xəbər-sizəm, təkcə onun qəlbindən başqa. Sevgi də budur yəgin ki, gözəl balam – qəlbdən qəlbə axan çağlayan bulaq.

Dəniz dolan gözlərindəki yaşları qurutma-ğa çalışırdı, – (onun hazırladığı türk qəhvəsinin ətrini Dəniz heç yerdən ala bilmirdi) – Mələk xanım onu sakitləşdirirmiş kimi mətbəxtdən səsləndi:

- Amma sən narahat olma, qızım, heç Al-tayım məni unudardımı?

Sözlər Dənizi biraz da sakitləşdirdi. Də-niz bu eşqin içinə elə girmişdi ki, hadisələrin içində məyus olmaq istəmirdi. Mələk xanım

Page 53: ДИВАНЯbeylagan.cls.az › front › files › libraries › 421 › books › 243585492.pdf · 4 mimdə, cəsarət nümunəsi sayılırlar. Eləcə də qəhrəmanım da bu nümunəvi

53

söhbəti haradan başlayacağını vurğulayanda sanki Dənizdə bir az da maraq yaratmağa ça-lışırdı. Dəniz əyləşdiyi divandan qalxıb otaq-dan həyətə qapısı açılan kiçik eyvana çıxdı. O, Mələk xanımın bu eyvanını çox sevirdi. Quşla-rın səsi çiçəklərin ətrinə qarışmışdı. Yazın gəlişi eyvandan baxanda həyətdə bir Cənnət təəssü-ratı yaradırdı. Mələk xanım hazırladığı qəhvə-ni eyvandakı masanın üzərinə qoyub masanın arxasında əyləşdi və xanımlıqla Dənizi də qəh-vəsini içməyə dəvət etdi. Dəniz həvəslə əyləşib masaya dirsəkləndi. Çənəsinin altına sağ əlini qoyub gözlərini qıyaraq diqqətini Mələk xanı-mın danışacaqlarına yönəltdi.

Mələk öz həyatından bir filmmiş kimi bəhs edirdi. O qədər obrazlı, o qədər canlı idi ki da-nışılanlar, Dənizə elə gəlirdi ki, həyatının ən maraqlı filmini izləyir. Lakin bu filmə bir də heç vaxt baxa bilməyəcəyini anladığı üçün hər epizoddakı kadrlara diqqətlə baxırmış kimi din-ləyirdi Mələk xanımı.

Page 54: ДИВАНЯbeylagan.cls.az › front › files › libraries › 421 › books › 243585492.pdf · 4 mimdə, cəsarət nümunəsi sayılırlar. Eləcə də qəhrəmanım da bu nümunəvi

54

Page 55: ДИВАНЯbeylagan.cls.az › front › files › libraries › 421 › books › 243585492.pdf · 4 mimdə, cəsarət nümunəsi sayılırlar. Eləcə də qəhrəmanım da bu nümunəvi

55

Page 56: ДИВАНЯbeylagan.cls.az › front › files › libraries › 421 › books › 243585492.pdf · 4 mimdə, cəsarət nümunəsi sayılırlar. Eləcə də qəhrəmanım da bu nümunəvi

56

***…“Mən öz həyatımı onun sevgisi ilə dol-

durdum, görəsən, o da məni düşünürmü?” – deyərək, özünə hər gün sual verirdi Mələk. Və bir gün Altayın evləndiyi xəbərini eşidən bu çarəsiz eşq mələyi haldan-hala düşməzdimi? Qısqanclıq onun hiddətinə dost olub zəhər-li ilan kimi boğmazdımı bu zavallını? Başqa birisinə “mələyim” deyəcəyini düşünmək də-liyə döndərməzdimi Mələyi? Altayın həyatına girən hansı qadın onu Mələyin həssasiyyəti ilə sevib-duyacaqdı. Bu acılı-şirinli duyğu ancaq Mələyin qəlbinin qisməti idi. Zavallı divanə qa-dın. Bu idimi dünyanın etibarı? İllərdir özünü uğrunda həlak etdiyin insanın həsrəti ilə yaşa-maq, indi başqa birisi üçün yağlı tikə olmasını görməkmi idi sənin qismətin?! Ey divanə qa-dın! Sənin mərhəmətli qəlbin, humanist şüurun var. Sən gözəl bilirsən ki, Altay illərcə iki uşaqlı qadının həsrəti ilə tənhalığın ağuşunda qayğısız bir körpə kimi uyumalı deyildi. Onun da həya-tında dəyişikliyə ehtiyac var idi. Hər qadının bir sığınacağa ehtiyacı olduğu kimi, hər kişinin də bir sahiblənmək şüuru vardır.

… Beləcə, “ömür boyu məni gözləyəsi deyildi, o da özünə görə haqlı idi. Evlənsin, xoşbəxt olsun, bəlkə onun xoşbəxtliyini görüb üzüm gülər” – deyə özünü təsəlli edirdi.

- Lakin, qızım, içimdəki qorxu get-gedə

Page 57: ДИВАНЯbeylagan.cls.az › front › files › libraries › 421 › books › 243585492.pdf · 4 mimdə, cəsarət nümunəsi sayılırlar. Eləcə də qəhrəmanım da bu nümunəvi

57

böyüməyə başlamışdı. Birdən o mənə uşaqlıq həvəsi kimi baxardı, birdən mən onun üçün sadəcə uzun saçlı gözəl bir xəyal olardım. Bir-dən o, bütün günahları məndə görərdi. Və daha da ağırı, birdən o, evləndiyi xanımı daha çox sevərdi. Aman Allahım. Qısqanclıqdan dəli olurdum. Bəlkə də eqoist idim. Amma dözə bilmirdim. Çünki içimdəki atəşin yanğısı ancaq özümü yandırırdı və ən dəhşətlisi də o idi ki, mən bu iztirablarımı ona deyə bilmirdim. Bütün bu acılarla ölmək istəmirdim. Amma yaşaya da bilmirdim. Bilirəm, bəlkə dünyada bu hissi ya-şayan ilk və tək insan mən deyiləm. Amma nə-dənsə, mənə elə gəlirdi ki, mən tək-tənhayam:

Fitili sönmüş bir çırağam mən,Sevgidən odlanıb, həsrətdən alışıb.Kimsəli-kimsəsiz bir kimsəyəm mən,Sinəm dolu, qəlbim dərdli,Gözüm yaşlı, dilim bağlı,Cismim yerdə, ruhum göydə,Sevgim həsrət, eşqim nisgil,Kül olub havaya sovrulmuşam mən,Kimsəli-kimsəsiz bir kimsəyəm mən...(Mələyin dilindən)… Mələk danışdıqca göz yaşlarını saxlaya

bilmir, lakin uğrunda göz yaşı axıtdığı bu həs-rətli eşqin ona gətirdiyi fəxarəti ilə qürurlanırdı.

- Özümü təhna hiss etdiyim günlərdən daha birini yaşayırdım. Yanımda ancaq o olar-

Page 58: ДИВАНЯbeylagan.cls.az › front › files › libraries › 421 › books › 243585492.pdf · 4 mimdə, cəsarət nümunəsi sayılırlar. Eləcə də qəhrəmanım da bu nümunəvi

58

sa, dinclik tapa biləcəyimi düşünürdüm. Bu dü-şüncələrlə gözlərimi yumdum. Amma gördük-lərim xəyal deyildi. Gerçək idi sanki. Biz qırx il öncəki gənclər idik. Dərin hisslərlə bir-birinə bağlanan iki dəliqanlı gənc… Böyük bir zalda yüzlərlə insanın tamaşa etdiyi filmə baxmağa getmişdim. O da orada idi. Gözləri ilə məni yeyirdi. Birdən işıqlar söndü, hər yer zülmətə qərq oldu. Göz gözü görmürdü. Mən hiss et-dim ki, qaranlıqlar içində saçlarıma isti nəfəs toxunur. Bəli, bu o idi. Ürəyim həsrətlə döyün-məyə başladı. – Neyləyirsən? Toxunma – deyə ona həyəcanla səsləndim. – Çox darıxmışam, qoxunu duymaq üçün, saçlarının ətrini hiss et-mək üçün, mənə bərk-bərk sarılmağın üçün çox darıxmışam, – deyirdi mənə … Məni özünə sarı çevirib, bərk-bərk özünə sıxdı. Qəlbinin səsini eşidirdim. Ürəyi elə çırpınırdı ki, sanki yerin-dən çıxacaq. Bədəninin istiliyi, hərarəti o qədər yüksək idi ki, təpədən dırnağa “səni sevirəm” deyə, hayqırırdı sanki. Saçlarımı sığallayırdı… Aman Allahım. Bu o idi. Bu mənim Altayım idi və o, xəyal deyildi. O, gerçək idi. Mən onu hiss edirdim. Onun ürək çırpıntılarını dərindən hiss edirdim. Bu, onun ruhu idi. O mənim Altayımın ruhu idi. Yuxu olsa da, bizim ruhlarımız ayrıl-mırdı. O mənim yuxularıma gəlirdi.

Bunlar Mələyə bir möcüzə, ya illuziya şou-su kimi görünmürdü. Onun xəyal dünyası o qə-

Page 59: ДИВАНЯbeylagan.cls.az › front › files › libraries › 421 › books › 243585492.pdf · 4 mimdə, cəsarət nümunəsi sayılırlar. Eləcə də qəhrəmanım da bu nümunəvi

59

dər gerçəkci olmuşdur ki, artıq o öz dünyasında böyütdüyü eşqin anlaşılmazlıqları içində nə isə anlamağa da çalışmırdı. Çünki onun xəyallarda itib-batmaq kimi bir divanəliyi var idi.

***Bir müddət sonra Mələk Altaydan xəbər

bilmək üçün yaxın qohumlarından birinə te-lefon edib, onun yaşayışı haqqında məlumat alar. Altayın stabil keçən həyatından eşitdiyi bir xəbər onun üçün yəqin ki, ən sevindirici xəbər olar. Mələk eşidəndə ki, Altay öz qızına onun adını qoymuşdur, onun sevinci yerə-göyə sığ-maz. Çünki onun içindəki Altayın onu unuda biləcəyi kimi fərziyyə və qorxularına son qo-yular.

Amandır, tarzən, sarı simə toxunmaSönmüş külüm də tutuşar birdən.Amandır, mizrabı asta vur simə,Qaysaq bağlayan yaram qanayar birdən.(Mələyin dilindən)

Page 60: ДИВАНЯbeylagan.cls.az › front › files › libraries › 421 › books › 243585492.pdf · 4 mimdə, cəsarət nümunəsi sayılırlar. Eləcə də qəhrəmanım da bu nümunəvi

60

V FƏSIL

Page 61: ДИВАНЯbeylagan.cls.az › front › files › libraries › 421 › books › 243585492.pdf · 4 mimdə, cəsarət nümunəsi sayılırlar. Eləcə də qəhrəmanım da bu nümunəvi

61

İllər necə ahəstə keçib gedirdisə, Mələk illərin bu asta gedişində ancaq iki balasının böyüməsinə görə hər şeylə barışmaq məcbu-riyyətində hiss edirdi özünü. Bütün fikrini öv-ladlarının səhhəti və tərbiyəsi üçün cəmləyirdi. Sadiqlə onun dörd ildir ki, qurduqları bu sim-volik ailənin təməlini Sənan və Kənanın onlara olan bioloji bağlılıqları qoruyurdu. Onlar bu iki günahsız meyvənin xatirinə bir-birinə dözməyə məcbur qalan ikili rolunu oynamağa alışmış-dılar artıq. Hətta bu alışqanlıq belə Mələyin iç hüzurunu qoruya bilmirdi. Yəqin ki, dünya-da daxili narahatlıq qədər insanı özünə bərbad hiss etdirən ikinci bir hiss ola bilməz. Mələk də daxili rahatlıqdan uzaq düşən bir zavallı düşkün idi. İllərdir ki, o, öz həyat estafetini itirmiş ma-rafonçular kimi çaşqınlıqlar və suallar içində o yan – bu yana qaçaraq heç bir cavaba qane ol-murdu. Onun tək rahatlığı artıq Altayın da bir Mələyinin olduğunu düşünməsi idi.

Page 62: ДИВАНЯbeylagan.cls.az › front › files › libraries › 421 › books › 243585492.pdf · 4 mimdə, cəsarət nümunəsi sayılırlar. Eləcə də qəhrəmanım da bu nümunəvi

62

Page 63: ДИВАНЯbeylagan.cls.az › front › files › libraries › 421 › books › 243585492.pdf · 4 mimdə, cəsarət nümunəsi sayılırlar. Eləcə də qəhrəmanım da bu nümunəvi

63

***Altay Mələkdən fərqli olaraq öz həyatın-

dakı prosseslərə başqa cür yanaşırdı. Onun öz xatirələrini bölüşdüyü Mələyin qohumu ilə olan söhbətini qırx il sonra Mələyin Dənizə nəql et-məsində bir məqsəd ola bilərdi: həmin xatirələ-ri yenidən vərəqləyib qırx il əvvəlki hisslərin aktuallığını qorumaq.

- Mələk mənim xatirimdə on yeddi yaşlı çarəsiz qızcığaz kimi qalmayıb. O, mənim yad-daşım, hafizəmdir, unutmadığım və unutmaq istəmədiyim xatirələrimin real səbəbkarıdır. O, mənim ilahiləşdirilmiş eşqim, can parçam, özümdən uzağa qaçmağa çalışanda belə mənə ən yaxın olan məsafəmdir. O, mənim məndən öncə doğulmuş ruhum, bədənimin hər zərrəsi-nin ehtiyacıdır. O, dalğalanan uzun saçlarının arasında mənim itməyimə səbəb olan ən böyük günahkardır. O, sübh çağında doğan günəşin şəfəqlərindən yaranan, qütblərə doğru yayılan üfiq xəttimdir. O, arzularımın tək qadını, xoş-bəxtliyimin yeganə simvoludur. O, mənim xə-yali dostum, söz sərvərimdir. O, mənim səbrim, qərarım, təmkinim, iradəmdir. O, mənim hər loxmamı boğazımda düyünləyən qəhərimdir. O, mənim ən böyük özləmim, ömürlük həsrə-timdir.

Mələyin qohumu 20 il sonra ondan bu dərin məhəbbətin ömürlük həsrətə yem olmasının sə-

Page 64: ДИВАНЯbeylagan.cls.az › front › files › libraries › 421 › books › 243585492.pdf · 4 mimdə, cəsarət nümunəsi sayılırlar. Eləcə də qəhrəmanım da bu nümunəvi

64

bəbini soruşanda Altay belə deyərdi:- Həyatda Mələk qədər heç kimin həsrəti-

ni çəkmədim. Atamın, anamın mənim həyatım-dan gedişi məni Mələyin gedişi qədər yandır-madı. Çünki Mələyin gedişi məni soyuqqanlı birisinə çevirərək itkilərə alışdırmışdı. Xəya-lındakı həyat dostundan böyük hansı itki insanı məhv edə bilər ki? Mələyin o səssiz gedişi…heç nə demədən…vidalaşmadan belə…bir dəfə üzünü görə bilsəydim…ehhh…mən ondan son-ra gecələrlə yoldaş oldum. Gecələrdən aldım ən böyük təsəllini. Qaranlıq düşsün, gözlərimi tez yumum, dalım gedim xəyallara, batım də-rin röyalara, heç ayılmayım…çünki röyalarda Mələyimlə oluram. Röyadan ayılanda həyat mənə zindan kimi görünür. Mələyim...Mələ-yimmm…Mələyimmm…(nəmlənmiş gözlərini söz ortağından gizlətmək üçün yersiz gülərək söhbəti dəyişməyə çalışır)

İndi mənə aydındır ki, illər uzunu Mələk öz sevdasına niyə sadiq qalıbmış. Çünki həsrətin o tayında unudulmayan Altayın qəlbində də unu-dulmayan böyük bir eşq yatırmış. Mələk haqlı idi. O, Altayın üzünü görmədən də onun böyük sevgisini hiss edirmiş. Sən demə, Mələk də unudulmayıbmış. Çox qəribədir ki, Altay real həyatına zindan kimi baxırdı. O yuxularında düşdüyü astral zonadan1 bir addım belə geriyə 1 Astral zona- ruhun yuxu əsnasında bədəndən ayrılaraq mövcud olduğu yer

Page 65: ДИВАНЯbeylagan.cls.az › front › files › libraries › 421 › books › 243585492.pdf · 4 mimdə, cəsarət nümunəsi sayılırlar. Eləcə də qəhrəmanım da bu nümunəvi

65

– həqiqi dünyaya qayıtmaq istəmirdi. Çünki bu zonada onun Mələklə yaşadığı bir dünyası var-dı və ən qəribəsi də bu idi ki, o, demək olar ki, hər gecə Mələklə röyalarında görüşürdü. Mənə elə gəlir ki, bu, onların sevgi intuisiyasından irəli gəlirdi.

Page 66: ДИВАНЯbeylagan.cls.az › front › files › libraries › 421 › books › 243585492.pdf · 4 mimdə, cəsarət nümunəsi sayılırlar. Eləcə də qəhrəmanım da bu nümunəvi

66

***Kaş mən onu sevə biləydim…

Sadiq son vaxtlar çox dözülməz olurdu. O, Mələyə qarşı olan aqressiyasını içkidən çıxar-mağa çalışırdı. Demək olar ki, hər gün içki-li halda evə gələrdi. Qumarda uduzduğu son məbləği onu daha da qəzəbləndirmişdi. Hirsi-ni Mələkdən çıxarar, hər gün içkili halda onu uşaqların gözü qarşısında sillələyərdi. – Sən həyatıma girəndən bəri şanssızlıq məni tapdı, – deyərək Mələyin hər gününü göy əskiyə bük-məkdən zövq alardı sanki. Sakitləşəndən sonra isə həmişə sinəsinin üstündə gəzdirdiyi Mələ-yin şəklini qucaqlayıb yatardı. Yenə də Sadiqin içkili halda qumarxanadan çıxdığı günlərdən biri idi. O, gecə saatlarında yanındakı yoldaşını evinə qoyub öz evinə qayıdırdı. Şərabın təsiri o qədər güclü idi ki, Sadiq rol arxasında özünü idarə edə bilmirdi. Gözlərinin qarşısında bütün dünya fırlanırdı. Mələyin xəyali siması qaran-lıq yoldan onun üzünə gülüncə Sadiq əlini pen-cəyinin sol sinə tərəfdə yerləşən cibinə atdı və Mələyin öpülməkdən əzilmiş şəklini sol əlinə alıb ürəyinə basdı. Anidən müvazinətini itirən Sadiq avtomobili özü də hiss etmədən yol kə-narındakı ağaca çırpdı və ağac avtomobilin zərbəsindən dərəyə tərəf əyildi. İçində Sadiqin oturduğu avtomobil dərədən yuvarlanaraq aşdı.

Page 67: ДИВАНЯbeylagan.cls.az › front › files › libraries › 421 › books › 243585492.pdf · 4 mimdə, cəsarət nümunəsi sayılırlar. Eləcə də qəhrəmanım da bu nümunəvi

67

Moskva milislərinin dörd günlük axtarışlardan sonra Sadiqin meyidi dərənin dibindən tapıldı. Yaxınlarının sözlərinə görə, Sadiqin əlindən Mələyin şəklini zorla çıxarıblarmış…

Mələk həyatın ona bu qədər acılar yaşatma-sına dözə bilmirdi. O, çox vaxt Sadiqin dediklə-rini xatırlayıb özünü şanssızlıq gətirən bədniy-yət hesab edirdi. – Axı Sadiqin günahı nə idi ki, belə cavan yaşda dünyasını dəyişsin?! Bu, mənə görə oldu, – deyərək ancaq özünü günah-landırırdı.

- Kaş mən onu sevə biləydim. Bəlkə də onun həyatını dəyişə bilərdim. Mən onunla bir gün belə xoş keçinə bilmədim. Axı onun heç bir günahı yox idi. O sadəcə məni çox sevdi. Mən isə öz ürəyimlə bacara bilmədiyimə görə özümə nifrət edirdim.

Yəqin ki, ilk dəfə idi ki, Mələk Altayı sev-diyinə görə peşmançılıq keçirirdi. O, hər gün özünü Sadiqin başına gələnlərə görə danlayırdı. Lakin yaxınları onun övladlarına görə güclü ol-masını xatırladaraq dəstək olmağa çalışırdılar. Hər acının ömrü bitər , – deyiblər. Amma bu acı Mələyin ömrünün sonuna kimi özünü gü-nahkar biləcəyi kabusu idi. Və o, başa düşdü ki, artıq bundan sonrakı həyatından bilavasitə özü sorumludur. İki gözəl balasına görə ayaqda dur-mağa qəti qərarlı idi. Onu Azərbaycana gətir-məyə çalışsalar da, bir zamanlar Altayı bir dəfə

Page 68: ДИВАНЯbeylagan.cls.az › front › files › libraries › 421 › books › 243585492.pdf · 4 mimdə, cəsarət nümunəsi sayılırlar. Eləcə də qəhrəmanım da bu nümunəvi

68

də olsa görmək adına Azərbaycana can atan Mələk indi öz balalarını böyütmək üçün məhz, Moskvada qalmağı seçir. İndi artıq onun qəlbini ağrıdacaq eşq sancıları çəkməyə vaxtı yox idi. O, cavanlığının solub getməsini izləyə-izləyə təkbaşına öhdəsindən gəlməli olduğu işlərin pe-şinə düşmüşdü. Qeyd etdiyim kimi, Mələk kita-ba, mütaliəyə çox meylli idi. İndi o anlamışdı ki, bu meyllilik onda boşuna deyilmiş. Əlindən gələni edirdi ki,balalarını böyüdə bilsin. Beş il müddətində Moskva dövlət telekanalları üçün çıxışlar hazırlayır, “Sibirskie novosti” dərgisinə məqalələr və öz şeirlərini dərc etdirirdi. O döv-rdə yad bir şəhərdə bir qadının bu işlərin öh-dəsindən təkbaşına gəlməsi böyük bir nailiyyət idi…

Page 69: ДИВАНЯbeylagan.cls.az › front › files › libraries › 421 › books › 243585492.pdf · 4 mimdə, cəsarət nümunəsi sayılırlar. Eləcə də qəhrəmanım da bu nümunəvi

69

*** Bacarsan, məni bağışla!

…Səkkiz il sonra atası xəstə yatdığı üçün Mələk Azərbaycana qayıdır. Vətənin qoxusu ona ancaq Altayı xatırladırdı…On yeddi ildir ki, incik olduğu atasına bunu bir dəfə də olsun deməmişdir. Lakin Kamil bəy sonuncu dəfə qı-zını Moskvada görəndə onun ürkək baxışların-dan anlamışdı ki, Mələyin bu keşməkeşli həyatı məhz, onun səhv qərarlarına əsaslanırdı. Bəlkə də bu dərd onu yatağa salmışdır. Kamil bəy bunu gec də olsa, anlamışdır. Odur ki, qızını yanına çağıraraq onunla halallaşmaq istədiyini bildirmişdir:

- Mələk, mənim balam, biz bu dünyada hamımız qonağıq. Görürsən ki, mən də gedə-riyəm. Amma məni içimdən öldürən bir dərd mənim xəstəliyimdən daha dəhşətlidir. Ən dəh-şətlisi isə, mən bu günahı heç kiminlə paylaşa bilmirəm, əziz balam.

- Ata, sənə əzab verən o yük nədir elə? Qızınla bölüşə bilərsən. Bəlkə mən sənə kömək edə bilərəm.

- Yox, qızım, bu işdə sən mənə kömək eləsən də, Allah məni heç vaxt bağışlamayacaq.

- Belə demə, atacan. Uca Allah ən bö-yük günahları da bağışlayandır. Sən bunu dərd etmə. Biz hər zaman səni özümüzə əzmkarlıq,

Page 70: ДИВАНЯbeylagan.cls.az › front › files › libraries › 421 › books › 243585492.pdf · 4 mimdə, cəsarət nümunəsi sayılırlar. Eləcə də qəhrəmanım da bu nümunəvi

70

iradə nümunəsi bilmişik. Axı bağışlanılmaz hansı bir işi tutmusan ki, Allah sənə bu qədər qəzəbli olsun?

- Mən bir ruhda yaşayan iki sevən qəlbi bir-birindən ayırmışam. (hönkür-hönkür ağla-dı)…

Mələk söhbətin ondan getdiyini anlayaraq atasının göz yaşlarına dayana bilmədi. Onun xəstəlikdən sozalmış, əsən əllərindən öpüb ata-sına bərk-bərk sarıldı.

- Ağlama, əziz atam, bu həyat sınaq mey-danıdır. Mən bu meydanda təkbaşına vuruşmalı olduğumu artıq qəbul etmişəm. Sən üzülmə.

- Mələyim, bağışla ki, sənin xoşbəxtli-yinə hasar çəkdim. Sevginin yolunda duran bir maneə oldum. Bağışla məni, qızım.

- Atacan, düzdür, həyatım mənim üzümə gülmədi. Amma mənim indi yaşamaq üçün iki tutarlı səbəbim var, – deyərək oğlanlarını işarə etdi. – buna görə də üzülmə, mən səni çoxdan bağışlamışam.

- Mən öz haqqımı sənə halal edirəm, sən də haqqını mənə halal elə, qızım. Qoyma o biri dünyaya gözükölgəli gedim.

- Belə sözlər danışma, Kamil bəy, – deyərək zarafatla gözlərini qıydı, başını atası-nın çiyninə qoydu. – Nə haqqım varsa, halalın olsun, atacan.

- Əziz balam, səndən bir ricam olacaq.

Page 71: ДИВАНЯbeylagan.cls.az › front › files › libraries › 421 › books › 243585492.pdf · 4 mimdə, cəsarət nümunəsi sayılırlar. Eləcə də qəhrəmanım da bu nümunəvi

71

- Buyur, ata.- Mən Altayla sonuncu dəfə bir məclis-

də qarşılaşanda onun baxışlarındakı nifrətdən sonra anladım ki, bir insanın xəyallarını məhv edərsən, o insanın ömürlük ahını almış olarsan. Mən Altayın həyatının alt-üst olmasını onun gözlərindəki mənə qarşı olan qəzəbindən an-ladım. Mən yaxşı insan ola bilmədim, qızım. Əgər bir gün Altayla qarşılaşsan, sizin adınıza çox üzgün getdiyimi ona da bildirərsən, baca-rırsa, o da məni bağışlasın.

- Yaxşı, ata, artıq bu haqda düşünmə. Mü-hüm olan o idi ki, sən hər zamankı insanlıq nü-munəsini göstərdin yenə də mənə.Yaxşı insan səhv etməyən deyil, səhvlərindən dərs çıxaran insandır. Böyüyümsən, atamsan, sənin üzülmə-ni heç vaxt istəmədim. Buna görə də taleyimə boyun əyərək yaşadığım hər şeylə barışmalı ol-dum. Sənin üçün canım da fədadır, atacan.

Onlar bir-birinə sarılaraq ömürlərində heç vaxt bu qədər yaxın, səmimi ola bilmədiklərinə görə çox şeyləri itirdiklərinin peşmanlığını ya-şayırdılar. Məyər insanın həyatında ən önəmli faktor – yaxınlıq və səmimiyyət prinsipləridir. İnsani dəyərlərin çeynənməməsi, bütün gözəl arzuların həyata keçməsi doğmaların dəstəyi və səmimiyyətindən irəli gəlir çox vaxt… Çox keçmədi ki, Mələk atasını da itirdi. O, itirməyə alışmışdır. İki il sonra anasının ölümü isə Mələ-

Page 72: ДИВАНЯbeylagan.cls.az › front › files › libraries › 421 › books › 243585492.pdf · 4 mimdə, cəsarət nümunəsi sayılırlar. Eləcə də qəhrəmanım da bu nümunəvi

72

yin həyatdakı itgi travmasının ən ağır simptom-larını büruzə verdi. Axı o qadın illərdir Mələyin içində yaşatdığı bütün dərdləri onunla bahəm çəkirdi, axı o qadın idi onun bu dünyaya gəlmə-sinə vəsilə olan varlıq.

Bir gün özünüzü həqiqətən tənha hiss edə-cəksinizsə, o gün ananızın bu dünyada olmadığı gün olacaq.

Yenə əsdi bir rüzgar, qan eylədi fırtına.Səbəbsiz bir tənhalıq çökdü mənim sinəmə.Yenə səni istədim, qəm yemərəm, ay ana,Duan mənimlədirsə, zərər gəlməz kölgəmə.

Page 73: ДИВАНЯbeylagan.cls.az › front › files › libraries › 421 › books › 243585492.pdf · 4 mimdə, cəsarət nümunəsi sayılırlar. Eləcə də qəhrəmanım da bu nümunəvi

73

***Daha on il də beləcə qayğılarla ötdü. Za-

man keçdikcə Mələk daha da olqun bir qadına çevrilirdi. O artıq iyirmi yaşındakı kövrək qəlb-li qızcığaz deyildi. İndi onun öz həyatı, məktəbi bitirmiş iki gənc oğlu vardı. Bir də.. və bir də yaşamağa, yaratmağa həvəs verən Altay adlı qəlb yaddaşı vardı onun. Rusiyada yaşamasına baxmayaraq, Mələk fürsət tapan kimi qohumla-rından Altay haqda soruşardı. Altayın bir oğlu və Mələk adlı bir qızı vardı.İndi Altay da tənha bir kişi idi. Çünki Mələk anasını itirdikdən beş il sonra Altay da beyin xərçəngi səbəbilə həyat yoldaşını itirmişdir. Bəli, beş ildir ki, Altay da bir tənhalıq dənizində limansız gəmi kimi do-lanırdı.

Duyğularım ələk-vələk,Sən saydığını say, fələk.Allahdan istərəm köməkMənim sənə imanım yox.Dünya tərsə fırlananda,Qəribəlik yarananda,Üstdən aşağı baxanda,Həyata heç gümanım yox.Təmiz vicdan, ağ bənizlə,Gedirəm mən doğru izlə.Dalğalanıram dənizlə,Bir gəmiyəm, limanım yox.

Page 74: ДИВАНЯbeylagan.cls.az › front › files › libraries › 421 › books › 243585492.pdf · 4 mimdə, cəsarət nümunəsi sayılırlar. Eləcə də qəhrəmanım da bu nümunəvi

74

VI FƏSIL

Page 75: ДИВАНЯbeylagan.cls.az › front › files › libraries › 421 › books › 243585492.pdf · 4 mimdə, cəsarət nümunəsi sayılırlar. Eləcə də qəhrəmanım da bu nümunəvi

75

…Və elə bir gün gələr ki, insan həyatına yeni bir səhifə açmaq istəyər. Sanki pis heçnə olmamış kimi… Sanki yeniliklər onu gözləyir-miş kimi. Sanki ümidlər sönməmiş kimi. San-ki hər şey ilk gündəki imiş kimi… Sanki hə-yat ona ikinci şans verirmiş kimi… Buna eşqin ikinci baharı deyə bilərikmi?! Altaya elə gəlirdi ki, hər ikisinin bu tənhalığı yəqin ki, onların bir araya gəlməsi üçün bir şansdır. Və o bu şansı yaradan bütün səbəbləri unutmağa, talelərində yaşanan bədbəxtliklərdən qurtulmağa hazır idi. Buna görə də o, özündə cəsarət toplayaraq uzaq qohumu vasitəsilə Mələyə qalan ömürlərini birlikdə keçirməyi təklif edir. Mələk bu xəbəri eşidincə gözü yol çəkərmiş kimi uzaqlara dalır : Qız ikən xəyallarda uçurdu. Sevdiyi insanın qollarında hər gün saatlarla vaxt keçirəcəkdilər. Səhərlərə kimi sevişəcək, uçduqca uçacaqdılar göylərə…balaca, şirin bir evləri olacaqdı. O evin hər köşəsini sevgi ilə bəzəyəcəkdilər. Üç uşaqları olacaqdı. İkisi oğlan, biri qız. Övladları ilə öz balaca həyətlərində hər gün oyunlar oy-nayacaqdılar, beləcə, ancaq sevgidən ibarət bir həyatı xəyal edirdi gənc ikən. Sonra ailə qurdu və fərqinə vardı ki, həyat onun qızlıq xəyalla-rındakı gündəlik sevgi macəralarından ibarət deyilmiş. Həyat qayğı və məsuliyyətlə dolu bir akvariumdur. O isə bu akvariumun içində haraya gedəcəyini bilməyən balaca, körpə bir

Page 76: ДИВАНЯbeylagan.cls.az › front › files › libraries › 421 › books › 243585492.pdf · 4 mimdə, cəsarət nümunəsi sayılırlar. Eləcə də qəhrəmanım da bu nümunəvi

76

balıqdır. O öz həyatına nəzər saldı. Xəyalların-dakı iki oğlan övladına da sahib idi, Altayın da balaları var idi. Lakin bu fidanlar onların bir-likdə olmayan həyatlarına məxsus idilər. Mələk bunları düşünə-düşünə xəyalları ilə müqayisə apardı. O, gənc ikən qurduğu hər bir xəyalının gerçək yaşamdakı reallığını ən xırda detalına kimi xatırlatdı özünə. Sən gəlinsən, sən ana-san, sən qadınsan. Övladlarının məsuliyyəti sə-nin xəyallarındakı həyatdan daha vacibdir. Elə isə, niyə boşluq hiss edirəm? – deyə özünə sual verdi. Xoşbəxtəmmi, görəsən? – deyə düşündü. Bəlkə mən hər insanın arzusunda olduğu həya-tı yaşayıram, bəlkə mən elə bu həyatı arzula-mışam. Bəs nədir bu boşluq? – Mələk suallar içində itib-batırdı. Düşündükcə düşünür, ağlına gələn cavabların heç biri onu qane etmirdi. – Mənim romantika anlayışım real romantikamı kölgədə qoymalı idi. Lakin mən qayğılarımın çəkilməsini istədiyim halda, uşaqlarımın qay-ğısını çəkməliyəm. Mən hirsimi onlara bəlli etməməliyəm. Mən özümü ana kimi aparmalı, övladlarımın hüzurunu pozmamalıyam. Mən hər gün səcdəyə getməli, Allaha mənə verdiyi hər şey üçün şükr etməliyəm. Bəs bu şərtlər al-tında illərdir həsrətini çəkdiyim adamın təkli-fini necə qəbul edim axı? – deyə özünə bəraət qazandırmağa çalışırdı. Və beləliklə o, qəra-rını verdi. İlahi, bu qadın nə istəyir, görəsən.

Page 77: ДИВАНЯbeylagan.cls.az › front › files › libraries › 421 › books › 243585492.pdf · 4 mimdə, cəsarət nümunəsi sayılırlar. Eləcə də qəhrəmanım da bu nümunəvi

77

Bəlkə də ilk dəfədir ki, qəhrəmanımı qınayı-ram. Amma insan necə öz xoşbəxtliyindən üz çevirə bilər. Həyat ona ikinci dəfə uzun illərdir göz yaşlarında gizlətdiyi Altayla birləşə bilmək fürsəti yaratmışdır. Bəs o niyə bu fürsəti də əl-dən verdi ki? Görünür, eyni fikirlər Dənizi də məyus etmişdi:

- Axı niyə? Siz nəyə görə Altayın təklifi-ni rədd etdiniz? Birləşə bilərdiniz, övladlarınızı birlikdə böyüdərdiniz, bu qədər çətinlik yaşa-malı olmazdınız, arxanızda sizi sahiblənən bir kişi, həm də dünyalar qədər sevdiyiniz o kişi dayanardı. Mələk xanım, siz bu qədər sevdiyi-niz insanın uzun illərdən sonra sizə atdığı ad-dımdan niyə qaçdınız?

- Dənizim, başa düşürəm mənə qarşı hirs-lisən. Amma hər şey düşündüyün qədər də sadə deyil, qızım. Həyatda elə şeylər var ki, onlar sənin dəyərlərindir. Bəzi şeylər də var ki, on-lar üçün dəyəri özün yaratmalısan. Bax, mən də belə etdim. Mənim iki gənc oğlum, atalarının xatirəsini indiyə kimi əziz tutan iki göz bəbə-yim vardı. Mən onda artıq ana idim. Mən onda Altayın sevdiyi gənc və qayğısız gözəl pəri de-yildim. Övladlarımın həyatı, məsuliyyəti və xə-yalları mənim xoşbəxtliyimdən daha vacib idi. Düz deyirsən, bəlkə də birləşə bilərdik. Altay mənim balalarıma çox yaxşı ata olardı. Amma mən bu qərarı vermək üçün özümü günlərlə

Page 78: ДИВАНЯbeylagan.cls.az › front › files › libraries › 421 › books › 243585492.pdf · 4 mimdə, cəsarət nümunəsi sayılırlar. Eləcə də qəhrəmanım da bu nümunəvi

78

sorğuladım. Bəlkə də düşünürsən ki, Mələk xa-nım nə istədiyini bilməyən bir səfehdir. Bəlkə də haqlısan. Lakin mən indi də nə istədiyimdən tamamilə əminəm. Altaya hava qədər, su qədər ehtiyacım var. Amma özün bilirsən ki, qızım, artıq bu şərtlər altında mənim onunla bir ola bilməyim mümkünsüzdür. İstəmirəm ki, xəstə-liyimdən də xəbər tutub mənə rəhmi gəlsin…

Altayın evlənmə təklifini rədd etdikdən iki il sonra Mələk sinəsindəki şiddətli ağrılarla həkimə çatdırılır. Ona Moskvada süd vəzisinin xərçəngi diaqnozu qoyulur. Mələk bunu öyrən-diyi gün artıq lənətləndiyini anlayır. O düşünür-dü ki, Altayla birləşmək şansını qaçırdığı üçün Allahın qəzəbinə tuş gəlmişdir. Altı ay sonra Ukrainada əməliyyat olunaraq Moskvaya qayı-dır. Lakin bir müddət sonra xəstəlik metastaz verərək digər orqanlara yayılır. Türkiyədəki qo-humları Mələyi İstanbuldakı həkimlər tərəfin-dən əməliyyat olunması üçün Türkiyəyə dəvət edirlər. Mələk oğlanları ilə birlikdə Türkiyəyə köçür və üç dəfə qarın boşluğu və göbək nahiy-yəsindən əməliyyat olunur. Artıq səkkiz ildir ki, Türkiyədə yaşayan Mələk oğlanlarını da burada evləndirir. İndi o həm də nənədir.

- Qırx ildən çoxdur ki, görmədiyiniz bi-rini hələ də ilk gündəki kimi sevirsiz. Hətta bu xəstəlik belə sevginizin azalması ilə nəticələn-mədi. Xəstəliyinizin sizi məndən alacağından

Page 79: ДИВАНЯbeylagan.cls.az › front › files › libraries › 421 › books › 243585492.pdf · 4 mimdə, cəsarət nümunəsi sayılırlar. Eləcə də qəhrəmanım da bu nümunəvi

qorxuram. Hələ Altay bunu eşidərsə…? - Mənim balam, hər birimiz bir quru

cana borcluyuq, elə deyilmi? Yaradan yaratdıqlarının hər birini öz yanına aparacaq. Mən düşünmürəm ki, Allah məni bədbəxt yaratdı. O mənə dəfələrlə şans verdi. Görünür, həyatda bəzən yolu özümüz seçməliyik. Mənim də seçimim tənhalıq oldu. Buna heç vaxt peşman olmadım. Çünki məni ayaqda güclü tutan və illərdir xərçənglə mübari-zə aparmağıma kömək edən bir Altay var içimdə. Mən cismani həyatın varlığını müvəqqəti sayı-ram. Mən bir ruhani eşqin izi ilə yaşadım bu həy-atı. Ruhların isə yaddaşı əbədidir. Buna görə də əbədiyyən Altayla qalacağımdan əminəm. (kədərlə baxaraq) Bilirsən ki, gedəriyəm. Üstəlik də onunla bir dəfə də olsun rastlaşa bilmədim. Necə yaşlandığını belə qohumlarımdan xəbər tuturdum. Kaş ölənə kimi bir dəfə rastlaşa biləydik. Mən ona 40 illik onsuz keçən ömrümün bütün məziyyətlərindən bəhs edə biləydim. Ya da susaydıq, danışmayaydıq. Bircə dəfə gözləri-mizin içinə baxmaq, gənc yaşlarımızdakı duyğu-ları bircə dəfə yaşaya bilmək şansımız olaydı. O mənim bu fani həyatda bir məcazi dünyam oldu, qızım.

Page 80: ДИВАНЯbeylagan.cls.az › front › files › libraries › 421 › books › 243585492.pdf · 4 mimdə, cəsarət nümunəsi sayılırlar. Eləcə də qəhrəmanım da bu nümunəvi

(qəhərlə)

Sən mənə çırpınan bir qəlb göstər ki,

Atdığı sinədə sevgi olmasın. Sən mənə elə bir ürək göstər ki, Gənc ikən eşqiylə gözü dolmasın. Düşüncə və xəyal məcazidirsə, Məcaz aləmində yaşayırıq ki!... Ürəklərdə olan eşq izidirsə, Niyə ayaqlarla savaşırıq ki?! Oyan, gözünü aç, ey xəyal dünyam, Həqiqi dünyaya bir nəzarət et. Yaşa bu dünyada doya-doya sən Arabir röyama gəl, ziyarət et …

***

Page 81: ДИВАНЯbeylagan.cls.az › front › files › libraries › 421 › books › 243585492.pdf · 4 mimdə, cəsarət nümunəsi sayılırlar. Eləcə də qəhrəmanım da bu nümunəvi

80

Gənc ikən eşqiylə gözü dolmasın.Düşüncə və xəyal məcazidirsə,Məcaz aləmində yaşayırıq ki!...Ürəklərdə olan eşq izidirsə,Niyə ayaqlarla savaşırıq ki?!Oyan, gözünü aç, ey xəyal dünyam,Həqiqi dünyaya bir nəzarət et.Yaşa bu dünyada doya-doya sənArabir röyama gəl, ziyarət et …

Page 82: ДИВАНЯbeylagan.cls.az › front › files › libraries › 421 › books › 243585492.pdf · 4 mimdə, cəsarət nümunəsi sayılırlar. Eləcə də qəhrəmanım da bu nümunəvi

81

Mələyin vəsiyyəti

- Dənizim, gör neçə vaxtdır səninlə, demək olar ki, hər gün Altay haqqında danışı-ram, danışıram, yorulmuram, bezmirəm, inci-mirəm. Əgər onun haqqında düşünməsəm, san-ki onda günümü boş keçirmiş kimi hiss edərəm özümü. Axı Altay mənim içimdəki ən böyük boşluğumdur. O məndən Günəş qədər uzaq olsa da, onun sevgisini həyatımda Günəşin şəfəqlə-ri qədər yaxın hiss etmişəm həmişə. O məndən bulud qədər uzaq olsa da, yağış qədər sərinlətdi ürəyimi ömrüm boyunca. Mən onu sevməyimə heç peşman olmadım ki, qızım. O mənim qəlbi-mi, beynimi, bədənimi, hər hüceyrəmi müalicə edən dərmanım kimi idi. Yaralarıma məlhəm, acılarıma loğman oldu onun şirin xəyalı. O yox ikən mən özümü heç tənha hiss etmədim. Çünki o mənim “biri var idi, biri yox idi…” ilə başla-yan nağıl dünyam idi. Varla yox arasında qalmaq nədir, bilirsənmi, mənim balam? Arxana dönür-sən ki, orada sənə aid olan böyük bir keçmişin var, lakin qarşında gözləmədiyin bir gələcəyin var. Bax o da beləcə, həm var idi, həm yox idi… Amma həmişə mövcud idi. Təbiətimin qışı da, yazı da, yayı da, payızı da eyni idi mənim üçün. Elə heeey yağış yağdığını hiss edirdim. Gözü gülən insanın göz yaşının hansı acılarda, hansı özləmlərdə gizləndiyinin nə başı var, nə sonu.

Page 83: ДИВАНЯbeylagan.cls.az › front › files › libraries › 421 › books › 243585492.pdf · 4 mimdə, cəsarət nümunəsi sayılırlar. Eləcə də qəhrəmanım da bu nümunəvi

82

Ürəyi gülməlidir insanın… amma bu məndə olmadı heç vaxt. Mən ondan məsafələrcə çox-çox uzaqlarda idim. Lakin hər səhər çiçəklərimi sulayarkən, quşlarımı yemləyərkən, çox istəyir-dim ki, başımı qaldırıb Altayın bağçamda gə-zişərək məni seyr etdiyini görüm. Buna görə də, hər dəfə onu yanımda görəcəyimi xəyal edərək ümidlə başımı qaldırırdım, lakin o sadəcə xəyal dünyamdan mənə baxa bilirdi... Dünya elə də böyük deyil. Lakin bu kiçik Yerdə dünya gözü ilə bir dəfə də olsun görə bilmədim mən öz Al-tayımı…Ağlarkən yanımda olmasını istədim, sarılmaq, qoxlamaq, boynundan yapışıb getmə-sin deyə qalmasını rica etmək istədim, amma sarıla bilmədim, qoxusuna həsrət qaldım sev-diyimin… Hər musiqidə mən onu yaşadım, hər notda nəbzim onunla atdı…Allahıma sadəcə bir şeyə görə hər zaman şükr etdim : bu böyük eşqi qəlbimə sığdıran Rəbbimə şükürlər olsun! … lakin, qızım, mən indi aciz xəstə bir qadınam. Bu həyat mənə böyük bir dərs verdi. Yaşım art-dıqca anladım ki, insan öz həyatından yalnız özü sorumludur. Kiminsə sənin həyatın üçün qərarlar qəbul etməsinə izn vermə heç vaxt. Çünki Rəbbim hər birimizi bir dəfə yaradar, bir dəfə öldürər. Və nə sən, nə mən, nə də heç kim ikinci dəfə bu dünyaya yaşamaq üçün gəlməyə-cək ki, istədiyimiz kimi yaşayaq bu dünyada. Bu, ancaq bir dəfə, bircə dəfə ola bilər hər bi-

Page 84: ДИВАНЯbeylagan.cls.az › front › files › libraries › 421 › books › 243585492.pdf · 4 mimdə, cəsarət nümunəsi sayılırlar. Eləcə də qəhrəmanım da bu nümunəvi

83

rimiz üçün. Bəzən, “bu nə ədalətdir?” – deyə şikayət edərsən də. Lakin bu bir mərhəmətdir, qızım. Tanrı mənim səbrimi də sınadı, qəlbimi də. Mən isə onunla “Altaydan vaz keçməyəcə-yim” haqda sövdələşməyə girdim. Mən Altay-dan vaz keçməyəcəkdim, bu dünyada ona olan bütün hisslərimə, qayğılarıma, ehtiyaclarıma rəğmən, Altayıma həsrət qalacaqdım. O isə bizi Cənnətində qovuşduracağına dair bir imanla heyrətləndirərək işıqlandıracaqdı qəlbimi. Mən indi tam hazıram – dünyamı dəyişməyə də, sev-diyimi Yaradanımın Cənnətində gözləməyə də. Ruhumun əbədi sevdasına qovuşacağım o yerə getmək üçün səbrsizlənirəm, qızım. Bunun isə, zamanını yalnız o Yaradan bilir… bildirmək istəyirəm ki, bu həyatda çalış ki, özün kimi ya-şayasan. Çünki özü olmaq istəyən biri yaşadığı hər türlü bəlanı Rəbbinin göndərdiyi mükafat kimi qəbul etməyə hazırdır. Rəbbindən gələn hər nədirsə, qoy gəlsin. Çünki o, səndən daha gözəl sevir səni və hər şeyi zamanında yetiş-dirir sənə. Olsun, mən bu qısa həyatda böyük eşqimdən ayrı yaşamağa məhkum oldum. La-kin bunun bədəlini əbədi dünyamda ödəyəcək Rəbbim mənə. Dəyməzmi?! … Bunca dözdük-lərimə, bunca yaşadıqlarıma dəyməzmi əbədi Cənnət ?!... İndi anladınmı məni, Dənizim?... bəlkə də vaxt gələcək mənim də bu divanəliyim insanlara bir örnək olacaq. Amma mən bunu da

Page 85: ДИВАНЯbeylagan.cls.az › front › files › libraries › 421 › books › 243585492.pdf · 4 mimdə, cəsarət nümunəsi sayılırlar. Eləcə də qəhrəmanım da bu nümunəvi

84

bildirmək istəyirəm ki, sevdiyin insanı ilk gör-düyün andakı kimi sev. Onun etdiyi hər şeyi sev. Ondan gələn zülmü də sev, onda gələn gözəlliyi də. O sənə pislik etməz. Etdiyi şey pislik sayılsa belə, o bunu bilərəkdən etməz. Belə sev, qızım, sevdiyini belə sev. Sədaqətlə, məhəbbətlə, mər-həmətlə, ədalətlə, ləyaqətlə, ümumiyyətlə…ümumiyyətlə, sev, qızım, ümumiyyətlə…

***Dəniz Bakıya gələndə mənimlə görüşüb

vacib bir söhbət haqqında danışacağını bildir-mişdi. O, bu əhvalatı mənə danışanda mən bu sevgi hekayəsini primitiv insan həyatı kimi qəbul etmək istəyirdim. Çünki bu həyatda hər bir insanın bir dərinliyi olduğunu düşünürdüm. Əgər hər dərinliyi vitrinliyə çevirsək, möh-təşəm həyat hekayələri ortaya çıxardı. Lakin nə yazıq ki, insanlar öz dərinliyinə varmadan, çox vaxt nə yaşadığının belə önəmini qavra-madan bu həyatdan köçməli olurlar. Mələyin bir gənc qızla olan bu səmimi münasibəti isə, mənə bu qadının insanlara nə isə mesaj ötür-mək istədiyi təsirini bağışlayırdı. Sanki Mələk illərdir öz daxili dünyasında böyütdüyü Altayı-na qovuşa bilmədiyinin peşmanlığını çəkirmiş kimi gəlirdi mənə. Əslində isə, o, doğurdan da peşman idi. Lakin onun cəsarəti və səmimiyyəti məndə bu qadına qarşı böyük simpatiya yarat-

Page 86: ДИВАНЯbeylagan.cls.az › front › files › libraries › 421 › books › 243585492.pdf · 4 mimdə, cəsarət nümunəsi sayılırlar. Eləcə də qəhrəmanım da bu nümunəvi

85

dı. Hal-hazırda bu qadın xəstəlikdən sozalmış, əməliyyatlardan yorulmuş bədənində sağlam bir ruh daşıyır. Bəlkə də illərdir xəstəliklə mü-cadilə edə bilməsinin səbəbi də güc aldığı bu ali hissdir. Bəli, çox ağrıdıcı, çox üzücüdür…

Mən bir Azərbaycan qadının öz həya pər-dəsi altında qürurla gizlənə bilməsi qarşısında nəzakətlə baş əyirəm. Lakin xəstəlik qarşısın-da gündən-günə əriyən öz zəif vücuduna etdiyi zülümləri, bu həyata bir daha gələ bilməyəcəyi təqdirdə öz xəyallarını, arzularını, hədəflərini qınaqlara qurban etdiyini qətiyyətlə pisləyirəm. Güman edirəm ki, o, Altaydan işıq sürəti ilə uzaqlaşır, lakin ona maqnit effekti ilə yaxınla-şır. Çünki bu təzadlı eşqin bir çəkimli tərəfi də var: DİVANƏLİK.

Ümumdünya cazibə qanununa əsasən, iki maddi cisim bir-birini öz kütlələrinin hasili ilə düz, aralarındakı məsafənin kvadratı ilə tərs mütənasib olan qüvvə ilə cəzb edirlər. Bu qa-nunun hökmü ilə qırx ilin cazibəsi, yəqin ki, iki cismani vücudu bir-birinə misqal-misqal yaxınlaşdıra bilərdi. Bəlkə də onların bu həyat-da imkansız görünən sevdaları ruhun cazibə qa-nununu yaratmağa bir təkan verəcəkdir. Çünki eşq məsələlərində insanlığın ruhani ehtiyacları cismani ehtiyaclarından daha optimaldır. Cis-min fizikası, biologiyası və kimyasını öyrənən elm ruhun da fiziki, bioloji və kimyəvi xüsu-

Page 87: ДИВАНЯbeylagan.cls.az › front › files › libraries › 421 › books › 243585492.pdf · 4 mimdə, cəsarət nümunəsi sayılırlar. Eləcə də qəhrəmanım da bu nümunəvi

86

siyyətlərini bədən üzərində “təlqin”1 edərsə, bu qadının divanəliyinin xəstəlik deyil, bir qismət olduğunu aşkara çıxarar... Bəli, divanəlik xəstə-lik deyil, o, bir qismətdir. Bu qismətlə barışsan da o sənindir, barışmasan da…

Nədəndir, bilmirəm. Amma Mələyin Al-tay üçün atan qəlbinin son atışlarını Altayın da duya biləcəyindən əminəm. Mələyin “kaş” deyə arzu etdiyi Altay onun qəlb evindən xəbər tuta biləydi kaş… Mələyin ilk göz ağrısı olan bu eşq Altaya çatmağın son ümidi olaydı kaş… İlk baharı, ikinci fürsəti yarımçıq qalan Mələ-yin son payızı Altay olaydı kaş … Biçarə xəstə vücudunun sarıldığı son bədən Altayın yaşlan-mış bədəni olaydı kaş … Xəstəlikdən saralmış bənizinə baxan son gözlər qırx ilin arxasından boylanan o qara gözlər olaydı kaş … Və bir də … və bir də Mələk öz canını Altayının qolların-da verəydi kaş…

1 Təlqin – hər hansı bir fikri, əqidəni, hissi insanlara qə-bul etdirmək, inandırmaq, beyninə psixikasına yeritmək.

Page 88: ДИВАНЯbeylagan.cls.az › front › files › libraries › 421 › books › 243585492.pdf · 4 mimdə, cəsarət nümunəsi sayılırlar. Eləcə də qəhrəmanım da bu nümunəvi

 

 

 

 

Günay Talıblı Rəcəbova

Divanə

Redaktor: Ruhid Rəcəbov

Dizayner: Nəsirov Seymur

Rəssam: Sona Bayramova

Yığılmağa verilib: 17.05.2018

Çapa imzalanıb: 03.06.2018

Kağızın formatı: 64/86, 1/16

Tiraj: 300